• C. Apr 26th, 2024

Bakıda qəza – “BakuBus”ın avtobusu ağaca çırpıldı

ByYenigun.news

Apr 19, 2021

Bakıda yol- nəqliyyat hadisəsi baş verib.

Yenigun.news xəbər verir ki, hadisə Xətai rayonu ərazisində yerləşən 147 nömrəli texniki-humanitar liseyinin yaxınlığında qeydə alınıb.

Belə ki, “BakuBus” MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JU 240 dövlət qeydiyyat nişanlı “Iveco” markalı sərnişin avtobusu ağaca çırpılıb. Nəticədə 2 nəfər sərnişin xəsarət alıb, sürücünün halı pisləşib.

Hadisə zamanı 147 nömrəli texniki-humanitar liseyinin hasarına ziyan dəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir