• Ca. Apr 25th, 2024

BMT Baş Assambleyasının sədri Azərbaycana gələcək

ByYenigun.news

Mar 31, 2021

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır Azərbaycana gələcək.

Yenigun.news “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 75-ci sessiyasının sədrinin sözçüsü Brenden Varma gündəlik mətbuat konfransında bəyan edib.

Səfər V.Bozkırın 1-12 aprel tarixlərində Türkiyə, Qətər və Azərbaycana nəzərdə tutulan ziyarəti çərçivəsində baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir