• C. Apr 19th, 2024

Bu ay 14 gün iş olmayacaq

ByYenigun.news

May 1, 2021

Mayda 14 gün qeyri-iş günü olacaq. 

Yenigun.news xəbər verir ki, Nazirlər Kabinetinin Qərarına əsasən ölkə ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 11 may və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq. 

Eyni zamanda 28 May – Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir. 

5 günlük iş həftəsində çalışanlar üçün şənbə və bazar günləri də daxil olmaqla may ayında bayramlarla əlaqədar 14 gün iş olmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir