• Ca. Apr 25th, 2024

“İstanbulu BMT-nin mərkəzinə çevirəcəyik” – Çavuşoğlu

ByYenigun.news

Apr 7, 2021

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkırla görüşüb.

“Yenigun.news” xəbər verir ki, bu barədə o, tvitter səhifəsində bildirib.  

“BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri kimi Türkiyəyə ilk rəsmi səfərə gələn Volkan Bozkırla görüş keçirdim. Onun rəhbərliyi ilə pandemiyaya baxmayaraq, Baş Assambleyanın işi fasiləsiz davam edir”, – Çavuşoğlu yazıb.

Nazir vurğulayıb ki, Türkiyə BMT-də mühüm rol oynamaqda və Bozkıra dəstək verməkdə davam edəcək.

“Biz İstanbulu BMT-nin mərkəzinə çevirəcəyik”, – türk diplomatiyasının başçısı yazıb.

Qeyd edək ki, BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri V. Bozkır bu vəzifədə ilk rəsmi səfərini Türkiyəyə edib. Onun səfər çərçivəsində Azərbaycana gəlməsi də gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir