• Ca. Apr 25th, 2024

KƏNDİN BAHAR QAYĞILARI

ByYenigun.news

Apr 16, 2021

         Ölkə iqtisadiyyatının şaxələndirilməsi strategiyasının əsas istiqamətlərindən biri kimi aqrar sektorun inkişafı respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsinə, regionların simasının əsaslı surətdə dəyişməsinə və kənd əhalisinin güzəranının əhəmiyyətli dərəcədə yaxşılaşmasına böyük töhfələr verir. Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində zəngin təcrübəyə malik olan Cəlilabad rayonunda camaatın çörəyi torpaqdan çıxır, bu yurdun sakinləri ana torpağın hər qarışını göz bəbəyi kimi qoruyur, onu canından artıq əzizləyir, əkib-becərir. Dövlətimizin başçısı cənab İlham Əliyevin  bölgələrin inkişafına göstərdiyi daimi diqqət və qayğı torpaqlarımızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına güclü təkan verir. Rayonumuzda da kənd əməkçiləri müxtəlif çətinliklərə baxmayaraq məhsul məhsulların tədarükü uğrunda var qüvvə ilə çalışırlar.  Ötən il təsərrüfatlarda 154773 ton duğda, 11206 ton arpa, 7740 ton vələmir, 2333 ton noxud, 444 ton mərci, 80 ton lərgə, 1620 ton qarğıdalı, 210 ton  günəbaxan  istehsal olunmuşdur.

       Son zamanlar ənənəvi əkin sahəsi olan kartofçuluğun inkişaf etdirilməsi üçün ardıcıl iş aparılmış, sahələrin şumlanması, toxumla təchiz olunması və suvarılması məqsədilə zəruri tədbirlər görülmüşdür. Kartofçular əkin sahələrini artırılması, yəni 5320 hektardan 5400 hektara çatdırılması hesabına 140660 ton məhsul götürmüşlər ki, bu da 2019-cu ildəkindən 19160 ton artıqdır. Təsərrüfatlarda məhsuldarlığın builki artımı havaların kartofçuluq üçün əlverişli keçməsi ilə bağlı olub. Əkilən yeni sortlar da artımda böyük  rol oynayıb. Fermerlər məhsul satışında heç bir problemlə rastlaşmırlar, real qiymətlər onlara sərf edir. Qeyd edək ki, əkin, becərmə və yığım dövründə fermerlərə lazımi səviyyədə dövlət dəstəyi göstərilmişdir. Pomidor, xiyar, badımcan, soğan, kələm,  şəkər çuğunduru istehsalında xeyli artım olmuşdur.

       Hazırda rayonda əsasən kiçik və orta fermer təsərrüfatları fəaliyyət göstərir ki, onlar da ölkənin ərzaq təhlükəsizliyinə öz töhfələrini ildən-ilə artırırlar. Belə ki, rayonda taxıl, şəkər çuğunduru, günəbaxan, meyvə-tərəvəz və heyvandarlıq məhsulları istehsalının artımı sayəsində cəlilabadlı fermerlər nəinki rayonumuzun əhalisini həmin məhsullarla təmin edir, eləcə də respublikada ərzaq məhsullarına olan təlabatının daxili bazar hesabına ödənilməsinə köməklik göstərirlər. Əldə olunan uğurların bir hissəsi əkin sahələrinin genişləndirilməsi hesabına qazanılırsa, digər çox mühüm səbəblər suvarmanı yaxşılaşdırmaq məqsədilə subartezian quyularının qazılması və əlavə kənd təsərrüfatı texnikasının alınmasıdır. Rayonda kənd təsərrüfatının iqtisadi cəhətdən xeyirli sahələrinin inkişaf etdirilməsi  fermerlərin maraq dairəsindədir. Dövlət tərəfindən tərəfindən həyata keçirilən stimullaşdırıcı tədbirlər sahənin inkişaf etdirilməsinə təminat yaradır. Bu isə ümumilikdə təsərrüfatların inkişafında əsas amildir.

       Cəlilabad rayonunun fermerləri və torpaq mülkiyyətçiləri hazırda taxıl sahələrində yaz-tarla işlərini davam etdirirlər. 2021-ci ilin məhsulu üçün 56500 hektarda buğda, 5200 hektarda arpa səpilib. Keçən il taxıl zəmilərindən bol məhsul götürən Cəlilabad fermerləri 2021-ci ildə də yüksək məhsuldarlığa nail olmaq əzmindədirlər. Bunun üçün taxıl əkinlərinə aqrotexniki qulluq göstərilir, sahələrə gübrə verilir. Taxıl əkinlərində yaz mövsümünün gəlişi ilə əlaqədar alaqlara qarşı, taxılböcəyinə qarşı, siçana-bənzər gəmiricilərə qarşı mübarizə tədbirləri aparılmışdır. Yemləmə gübrələrinin tətbiqi payızlıq taxılın məhsuldarlığını artırmaqla yanaşı, onun keyfiyyət göstəricilərinin yüksəlməsinə də yaxşı təsir göstərir. Hazırda payızlıq əkinlərin gübrələnməsi həyata keçirilir. Ammonium-nitrat gübrəsinin əkinlərə verilməsi istiqamətində işlər aparılır. 

        Bitkiçiliyin digər bölmələrində də yaz mövsümi işlərinin qızğın çağıdır. Əməkçilər pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, hazırda 1401 hektarlıq üzümlüklərə qayğı ilə qulluq edirlər. Ötən il üzümlüklərdən 22900 ton məhsul əldə edilmişdir ki, bu da əvvəlki ildəkindən 12820 ton çoxdur. Bu irəliləyiş fermerlərin rayonda üzümçülüyün keçmiş şöhrətini qaytarmaq üçün həvəsini daha da artırmışdır. Hazırda xəstəliklərə qarşı intensiv tədbirlərə başlanılmışdır. Sahələrin görüntüləri məhsulun bol olacağından xəbər verir.

       Son illərdə fermerlər çiyələk sahələrini ulbəil genişləndirirlər. Dövlət tərəfindən göstərilən diqqət və ayrılan subsidiyalar fərdi təsərrüfatlarda çiyələk becərənlərin sayını artırıb.. Günəbaxan və qarğıdalı sahələrində, bostanlarda və tərəvəz əkinlərində bütün lazımi tədbirlər vaxtında həyata keçirilir, meyvə bağlarının barı yığılır.

        Yekunlara nəzər saldıqda heyvandarlıq sahəsində stabilliyin olduğu nəzərdən qaçmır. İlin birinci rübündə iribuynuzlu heyvanların sayı 95214 baş, xırdabuynuzluların sayı 117456 baş, quşların sayı 542340 baş olmuşdur. Təsərrüfatlarda 3034 non ət, 13704 ton süd, 4,1 milyon ədəd yumurta istehsal edilmişdir. Yem bazasının möhkəmləndirilməsi məqsədilə hazırlıq  tədbirləri görülmüşdür, bu il kifayət qədər ot və küləş tədarük ediləcək.  

       

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman öz çıxışında demişdir: “Biz bundan sonra da kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımızı dəstəkləyəcəyik. Artan subsidiyalar bunu bir daha göstərir. Bizim niyyətimiz, siyasətimiz dəyişməz olaraq qalır. Ancaq bununla bərabər, kənd təsərrüfatı ilə məşğul olan hər bir adam öz məsuliyyətini də dərk etməlidir.

        Fermerlərə verilən subsidiya qaydalarındakı dəyişiklik və səyyar gübrə satışının aparılması torpaq sahiblərini işini asanlaşdırır. “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”ndakı dəyişikliklərə əsasən, fermerlər aldıqları biohumusun və gübrənin tam dəyərini “Fermer kartı”nın nağdlaşdırılmayan hissəsindəki vəsait hesabına ödəyə bilirlər. Fermerlər taxıl əkinlərinə əsasən ammonium nitrat gübrəsi verirlər. Əvvəllər qiyməti 26 manat 67 qəpik olan bu gübrənin 8 manatı fermer tərəfindən, 18 manat 67 qəpiyi isə dövlət büdcəsi hesabına ödənilirdi. İndi isə tam dəyəri dövlət büdcəsi hesabına “Fermer kartı” vasitəsilə ödənilir. Bundan başqa, “Aqroservis” əməkdaşları kəndlərə və qəsəbələrə gedərək fermer və sahibkarların tələbatlarına uyğun mövsümi gübrələrin satışını həyata keçirir, əksər hallarda mineral gübrələrin fermerin ünvanına kimi ödənişsiz çatdırılmasını təmin edirlər. Subsidiya qaydalarındakı dəyişiklik və səyyar gübrə satışının aparılması torpaq sahibləri tərəfindən razılıqla qarşılanıb.

        Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında suvarma mühüm rol oynayır. Suvarmada subartezian quyularının imkanlarından geniş istifadə olunur. Əkin suyuna olan tələbatı ödəmək üçün son vaxtlar Cəlılabad şəhərində, Üçtəpə, Privolnoye, Bədirli, Təzəkənd və Sərhədabad kəndlərinin ərazisində  subartezian quyuları qazılmış, “İncəçay”, “Cəfərxanlı”, “Üçtəpə”, “Bəylər” və “Alıcı” su anbarları yenidən qurulmuşdur. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə əhalisi 65 122 nəfər olan 15 rayonun 24 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 24 ədəd subartezian quyusunun qazılmasını təmin etmək tapşırılıb. Bu Sərəncamdakı siyahıda Cəlilabad rayonunun 8179 nəfər əhalisi olan Üçtəpə kəndi də yer almışdır. Beləliklə, subartezian quyularının və bəndlərin hesabına əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşacaq ki, bu da həm məhsul bolluğunun yaradılmasına, əhalinin rifahının yüksəlməsinə müsbət təsir göstərəcəkdir.

        Qeyd edək ki, ötən il rayonda 7 min 83 hektar sahə suvarılmışdır. Kollektivimizin üzvləri taxıl, pambıq, yonca və digər əkin sahələrinin, eləcə də həyətyanı torpaqsahələrinin suvarılmasında yaxından iştirak edir. Rayonun kəndlərində subartezian quyuslarının imkanlarından istifadə olunur. Görülmüş tədbirlər nəticəsində bölgədə əhalinin suvarma suyuna və içməli suya ehtiyacı fasiləsiz ödənilir. Suvarma işləri növbəli şəkildə həyata keçirilir ki, bu sahədə heç bir problem yoxdur. Qarşıya çıxan problemlər operativ olaraq həll olunur. Lakin qeyd olunan ərazilərdə quraqlıq səbəbindən yaranan su qıtlığı suvarmada müəyyən çətinliklər törədir. Buna baxmayaraq, alternativ su mənbəyindən istifadə etməklə, suvarma işlərində fasilə yaranmasına imkan verilmir. Sahibkarlar sudan istifadə haqlarını tələb olunan müddətdə ödəyirlər. Kənd təsərrüfatı əkin sahələrinin suvarma suyu ilə təmin olunmasında, əhalinin içməli su təchizatında Cəlilabad rayon Subartezian Quyularının İstismarı İdarəsi də mühüm rol oynayır.

        Kənddə yaşayan və əkin-biçinlə məşğul olan hər kəs yaxşı bilir ki, sahənin inkişafı müasir texnika və texnologiyanın tətbiqindən asılıdır. İlk növbədə ona görə ki, texniki vasitələrin tətbiqi əmək resurslarından səmərəli istifadə edilməsinə imkan yaradır, əl əməyini yüngülləşdirir, məhsuldarlığı artırır. Bizim fermerlər bu sahədə dövlətin göstərdiyi qayğıdan həmişə razılıq edirlər. Əvvəlki illərlə müqayisədə xeyli yeni kənd təsərrüfatı maşın və mexanizmləri alınıb istehsalçıların istifadəsinə verilmişdir. Hazırda kifayət qədər kənd təsərrüfatı texnikası əməkçilərin istifadəsindədir. Bunların əksəriyyəti müasir tipli traktor, kombayn, digər maşınlardan ibarətdir. Cari işlərlə yanaşı taxıl biçini və yem tədarükünə maşın və mexanizmlərin tam hazırlığa gətirilməsindən ötrü indidən hazırlıq görülür. Bu dəfəki biçin kampaniyasında zəmilərə 150-yə yaxın kombayn çıxacaq.

        Rayonda sahibkarlığı inkişaf etdirmək məqsədilə faydalı iş görmək istəyənlərə əlimizdən gələn köməyi əsirgəmirik, onlara əlverişli şərait yaratmağa çalışırıq. Fermerlən torpaq sahələri kreditlər almaq üçün müraciətləri hər zaman diqqət mərkəzindədir. bu görülən işlər insanların qazancının yüksəlməsinə təsir göstərəcəkdir.

      Vətənimiz 44 günlük müharibədən qalib çıxmışdır. Hazırda Qarabağ torpaqlarının dirçəldilməsinə başlanılmışdır, möhtərəm Prezidentimiz milli maraqlara və reallıqlara uyğun olaraq, bir sıra mühüm layihılırin icrasına göstəriş vermişdir. Bununla bağlı biz də qarşımıza qoyulan vəzifəlıərin əzəmətindən qorxmamalı əlimizdə olan potensialdan səmərəli və dolğun şəkildə istifadə etməliyik.  Yalnız bütün imkanlar səfərbərliyə alınanda və real əmək göstəriciləri sayəsində  insanların maddi təminatını daha da yaxşılaşdırmaq  sahəsində

Rahib KƏRİMOV,

Cəlilabad rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir