• Ça. Apr 23rd, 2024

Makronla Putin Qarabağdan danışdı

ByYenigun.news

Apr 26, 2021

Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı olub.

“Yenigun.news” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı prezidentlər Qarabağ ətrafındakı vəziyyəti də müzakirə ediblər:

“Dağlıq Qarabağ ətrafındakı vəziyyət nəzərdən keçirildi. Vəziyyətin sakit qalması və  Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının icrası ilə bağlı aparılan sistemli işlərdən məmnunluq qeyd olunub. ATƏT-in Minsk qrupu da daxil olmaqla, Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri üzrə koordinasiyaya hazırlıq ifadə edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir