Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Aprel döyüşlərinin beş illiyi ilə bağlı paylaşım edib.
Yenigun.news xəbər verir ki, Mehriban Əliyeva şəxsi “Instagram” hesabında bunları yazıb:
“Aprel döyüşlərindən beş il keçir. Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Uca Tanrı hər zaman xalqımızı qorusun, doğma Azərbaycanımıza sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!”