• Ca. Apr 25th, 2024

QONDARMA “SOYQIRIM” SİYASƏTİ NÖVBƏTİ YERSİZ MANEVRDİR

ByYenigun.news

Apr 28, 2021

ABŞ Prezidentinin qondarma “soyqırımı” ifadəsini işlətməsi tarixin təhrif olunmasıdır. Bu, yolverilməzdir. Ermənilərin qondarma iddialarının əsası yoxdur və tarixi sənədlər də bunu təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Bu baxımdan uydurma “erməni soyqırımı” iddialarının dünya gündəminə gətirilməsi Ermənistan və erməni lobbisi ilə yanaşı, bəzi güclərin də marağındadır: Azərbaycan dövləti və ictimaiyyəti də məsələyə öz münasibətini bildirir, hər zaman Türkiyənin haqlı mövqeyinin yanında olduğunu bəyan edir. Yeri gəlmişkən, artıq ölkəmizdə fəaliyət göstərən siyasi partiyalar ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” mövqeyinə dair Bəyanat imzalayıb. Biz də bəyan edirik ki, bu qondarma iddianın heç bir tarixi əsası yoxdur. ABŞ Prezidenti və digərləri 1918-ci ilin ermənilərin türklərə və azərbycanlılara qarşı törətdikləri soyqırıma, XX əsrin digər faciəsi Xocalı soyqırımına diqqət yetirsələr daha məqsədəuyğun olar. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin və erməni saxtakarlığının nümunəsi sayılan saxta ididalar isə Xocalı cinayətinin və digər erməni cinayətlərinin gizlədilməsi məqsədi daşıyır.

   Türkiyə rəsmi olaraq dəfələrlə bəyan edib ki, həmin dövrün hadisələri hər iki ölkədən olan tarixçilərin iştirakı ilə birgə komissiya tərəfindən araşdırılsın: “Lakin yalnız saxta təbliğatla məşğul olan Ermənistan bu təklifi qəbul etmir. Maraqlı bir faktı qeyd edim. 2004-cü ilin 16 iyulunda erməni və türk tarixçiləri Vyanada görüşərək arxiv sənədlərinin mübadiləsi ilə bağlı razılığa gəlmişdilər. Nədənsə sonra ermənilər Vyana görüşünə qatılmaqdan imtina edirlər, çünki bilirdilər ki, tarixdə baş verməyən hadisələri sübut etmək mümkün deyil. Eyni zamanda, rəsmi Ankara illər öncə birtərəfli olaraq arxivlərini açıb, Ermənistan isə bundan da imtina edib. Hətta ifşa olunacaqlarından qorxan ermənilər Türkiyə arxivlərinə də üz tutmurlar. 
   Bütün bunlara baxmayaraq, təəssüf ki, qərbdəki bəzi dairələr və siyasətçilər saxta erməni təbliğatına inanmaqda davam edirlər. Üstəlik, həmin dövrdə erməni silahlı dəstələrinin Anadolu türklərinə, habelə 1918-1920-ci illərdə Bakıda və Azərbaycanın digər regionlarında dinc əhaliyə qarşı törətdikləri soyqırımı faktlarına da etinasız yanaşırlar.Bununla da o, təkcə Türkiyə ilə deyil, bütün türk dünyası ilə münasibətlərini şübhə altına alır. 44 günlük Vətən müharibəsində Azərbaycan qələbə qazanaraq işğal altında olan torpaqlarını azad etdi. İşğalçı Ermənistan məğlub oldu.  Azərbaycan və Türkiyə iki qardaş ölkə olaraq hər zaman bir-birinin yanındadır. “Erməni soyqırımı”nın saxta tarix olduğunu birlikdə bütün dünyaya sübut edəcəyik. Aprelin 24-də Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında da dövlətimizin başçısı bu qərarın yanlış olduğunu bildirmiş, onu tarixi səhv adlandırmışdır. Bu yanaşmanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğu xüsusi qeyd edilmişdir. Azərbaycanın hər zaman Türkiyənin, Türkiyənin də hər zaman Azərbaycanın yanında olduğu vurğulanmışdır. Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Xarici İşlər Nazirliyi, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar, həmçinin siyasətçilərimiz, ziyalılarımız, bütün vətəndaşlar ABŞ Prezidentinin ABŞ-ın geosiyasi maraqlarına uyğun olmayan, tarixin saxlaşdırılmasına şərik olan bəyanatına sərt münasibətlərini bildrmişlər. Siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməlidir.
   Biz, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların bu məsələyə münasibətində də bunun təsdiqini görürük,  ermənipərəst qüvvələrin apardığı qeyri-konstruktiv siyasəti qəti olaraq, rədd edirik, partiyaların verdiyi Bəyanatda göstərildiyi kimi, bildiririk ki, ABŞ Prezidenti Co Baydenin erməni saxtakarlarının mövqeyini dəstəkləməsi Amerikanın maraqlarına zərbə vurur. Onların düşməncəsinə etdikləri cəhdlər heç bir nəticə verməyəcək.  

Zülfəli Kərimov, Azərbaycan Respublikaşılar Partiyasının Cəlillabad rayon təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir