• Ca. Apr 18th, 2024

Rəmiş “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq

ByYenigun.news

Apr 5, 2021

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) sabah dəfn olunacaq.

Yenigun.news xəbər verir ki, bu barədə Xalq artistinin ailəsindən məlumat verilib.

Bildirilib ki, Rəmiş Yasamal (“Qurd qapısı”) qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi. 

O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir