• C. Apr 26th, 2024

ŞƏHİDLİYİ ÖZÜNƏ ŞƏRƏF BİLDİ

ByYenigun.news

Apr 16, 2021

Bayramov Ramin Hüseynağa oğlu 8 oktyabr 1979-cu ildə Cəlilabad rayonunun Alar kəndində anadan olmuşdur. 1986-cı ildə Alar kənd 2 nömrəli tam orta məktəbinə daxil olmuş, 1996-cı ildə həmin məktəbi bitirmişdir. 1996-cı ildə BDU-nun Şərqşünaslıq fakultəsinə daxil omuş, ali təhsilə yiyələndikdən sonra hərbi təlim – məşq keçib leytenant rütbəsi almışdır. 1 may 2005-ci ildə hərbi xidmətə yollanmış, bir il sonra baş leytenant hərbi rütbəsi ilə Milli Ordudan ehtiyata buraxılmışdır.  Ali Baş Komandanın hərbi səfərbərlik əmrinə əsasən 28 sentyabr 2020-ci ildə Vətən müharibəsinə yollanmışdır. Bölük komandiri olan baş leytenant Ramin Bayramov Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının düşməndən azad edilməsi uğrunda mədrliklə döyüşmüşdür, Qubadlı istiqamətində gedən savaşda həlak olmuşdur. Şəhadətə ucalandan sonra Prezidentin müvafiq  sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Allah rıhmət eləsin!

Vüqar BAĞIROV.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir