• C. Dek 13th, 2024

ŞUŞA MƏDƏNİYYƏTİMİZİN BEŞİYİDİR

ByYenigun.news

Mar 25, 2021

Azərbaycan prezidenti cənab İlham Əliyev azad olunmuş ərazilərə həm
əvvəlki, həm də son səfərində öz hiss və emosiyalarını çox, daha açıq büruzə
vermişdir. Çünki Azərbaycan xalqının tarixi-mədəni irsində Qarabağın xüsusi yeri
var. Təməli hələ 1752-ci ildə qoyulmuş Şuşa şəhəri artıq 18-ci əsrin ikinci
yarısında Azərbaycanın ən məhşur şəhərlərindən birinə, XIX əsrin sonu və XX
əsrin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşa milli
mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyi kimi tarixə düşüb
və Azərbaycan musiqi mədəniyyətinin inkişafında və dünyaya çatdırılmasında
xüsusi yeri olan mənəvi qürur mənbəyimizdiur. Qarabağ Üzeyir bəy Hacıbəylinin,
Zülfüqar Hacıbəylinin, Soltan Hacıbəylinin, Cabbar Qaryağdıoğlunun, Bülbülün,
Xan Şuşinskinin, Rəşid Behbudovun, Süleyman Ələsgərovun və digər mədəniyyət
korifeylərinin vətənidir.
Təkcə Şuşanın işğal edilməsi nəticəsində 8 muzey, 31 kitabxana, 17 klub, 8
mədəniyyət evi dağıdılmış, viran edilmişdir. Şuşa şəhərinin tarixi muzeyinin 5
minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi
Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək eksponatı, Azərbaycan
professional musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən cox əşya),
Azərbaycan vokal sənətinin əsasını qoymuş boyuk müğənni Bülbülün (400-dək
əşya), gorkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən cox əşya)
xatirə müzeylərinin fondları qarət edildi. Erməni təcavüzkarları Azərbaycan
musiqisinin böyük xadimləri Üzeyir bəy Hacıbəylinin və Bülbülün, habelə şairə
Xurşud Banu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə
aparmışdılar. Bu abidələr bütün mənəviyyat normalarının ziddinə olaraq
vəhşicəsinə güllələnmiş və ağır texnika vasitəsilə zədələnmişdilər.
Ermənilər Şuşada tarixi binalarda yerləşən Dövlət Musiqili Dram Teatrını,
Dövlət Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeylərini, Üzeyir Hacıbəyovun,
Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeylərini, Azərbaycan Xalçası Dövlət
Muzeyinin filialını, Dövlət Rəsm Qalеrеyasını, 4 texnikumu, 2 institut filialını, orta
və orta ixtisas musiqi məktəblərini, кitabхanaları, 2 sanatoriyanı, görkəmli sənət
adamlarının ev muzeylərini, 70 yerlik turist bazasını, 1200 yerlik internat məktəbi
və s. dağıdaraq yox ediblər. Ermənilər eyni zamanda 350 hektarlıq qoruq
zonasındakı 300 tarixi və mədəniyyət abidəsini, 550 qədim yaşayış binasını
sökərək şəhərin landşaftına ciddi zərər vurublar.Şuşanın azad edilməsilə Üzeyir
bəy Hacıbəylinin, Bülbülün, Xurşud Banu Natəvanın ermənilər tərəfindən
vəhşicəsinə gülləbaran edilmiş heykəlləri öz yerlərinə qoyuldu.

Ermənistan rejiminin işğal edilmiş ərazilərdə törətdiyi vəhşilikdən danışan
dövlətimizin başçısı deyib: “Elə hesab edirlər ki, bizim yaddaşımızdan silinəcək bu
vəhşilik? Biz 44 gün müharibə apardıq, Ermənistanı demək olar ki, tamamilə
məğlub etdik. İstənilən addım ata bilərdik, istənilən addım! Amma mən demişəm
ki, biz mülki əhaliyə qarşı vuruşmuruq. Biz tarixə qarşı vuruşmuruq. Biz dini
abidələrə qarşı vuruşmuruq”.
Şuşa ilə bağlı xalqa müraciətində görürük ki, ölkə başçısı bundan nə qədər
sevinir. Təbii ki, bu sevinci bütün xalq yaşayır. Prezident İlham Əliyev Şuşa
şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Şuşanın Azərbaycanın
mədəniyyət paytaxtı elan edilməsi çox böyük hadisədir. Bu, prezidentimizin xüsusi
diqqəti deməkdir. Bu, bütün xalqımızın iradəsinin ifadəsidir. Hər sahədə olduğu
kimi, biz bu sahədə də biz xalqın iradəsinin öz əksini tapdığını görürük”.
Dövlətimizin başçısı deyib ki, Şuşada Vaqif poeziya günləri və “Xarı bülbül”
festivalı bərpa olunmalıdır: Ölkə başçısı tərəfindən “Şuşanın dirçəldilməsi”
ifadəsinin səsləndirilməsi də xüsusi əhəmiyyət kəsb edən bir məsələdir. Bu söz
uzun müddət idi ki, işlənmirdi. “Dirçəlmək” sözü Şuşaya aid olundu. Hansı ki,
bunun içərisində çox dərin mənalar var. Şuşa kimi böyük mədəniyyət mərkəzini
hətta bir neçə il əldən verəndə mədəniyyətə zərbə dəyir. Halbuki, uzun bir müddət
oldu ki, Şuşa erməni əsarətində qaldı.
Azərbaycanın çox böyük mədəniyyət hadisələri Qarabağ və Şuşa ilə bağlıdır.
Bura böyük mədəniyyət xadimlərinin, yazıçıların, dramaturqların vətəni olub.
Şuşada Vaqif poeziya günlərinin keçirilməsi ədəbiyyatımız, ədəbiyyat tariximiz və
ənənələrimizə sadiqlik baxımından son dərəcədə əhəmiyyətlidir. Vaqif bizim
çağdaş Azərbaycan poeziyasının, müasir Azərbaycan şeirinin banilərindən biridir.
O, yeni Azərbaycan ədəbi məktəbinin əsasını qoyanlardan biri olub. Neçə əsrdir ki,
Vaqifin ənənələri yaşayır. Erməni işğalından öncə də Şuşada Vaqif poeziya günləri
keçirilirdi. Indi də Vaqif poeziya günlərinin keçirilməsi həm məntiqli, həm də
Qarabağın bərpası, tərəqqisi baxımından son dərəcə vacibdir. Şuşada vaxtiylə çox
böyük ədəbi məclislər olub. Vaqif poeziya günləri sadəcə şeir, poeziya bayramı
olmur, həm də bürtövlüklə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin bayramı
olur. Inşallah, bu böyük günlər bundan sonra da təntənə ilə keçiriləcək.

Fərhad Qurbanov, Cəlilabad Uşaq İncəsənət məktəbinin direktoru, Azərbaycan Milli Kanservatoryasinin doktoranti.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir