• C. Apr 19th, 2024

Türkiyə ərazisinə Suriyadan iki raket atıldı

ByYenigun.news

Mar 19, 2021

Suriyadan atılan raketlər Türkiyənin Kilis rayonuna düşüb.

Yenigun.news xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, YPG/PKK terror təşkilatının nəzarət etdiyi Tell-Rıfat bölgəsindən atılan iki raket Kilisə düşüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb. Raketlər boş əraziyə düşüb və hər hansı ziyan vurmayıb.

Raketlərin zərərsizləşdirilməsi üçün bölgəyə mütəxəssislər cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir