• Şb. Apr 27th, 2024

Türkiyədən Baydenin “soyqırımı” açıqlamasına – Reaksiya

ByYenigun.news

Apr 24, 2021

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Co Baydenin işlətdiyi qalmaqallı “soyqırımı” ifadəsi ilə bağlı açıqlama yayıb.

“Yenigun.news” xəbər verir ki, XİN bu açıqlamanı rədd edib.

“ABŞ prezidentinin radikal erməni çevrəsi ilə Türkiyə əleyhinə olan qrupların təzyiqi altında 24 aprel tarixində 1915-ci il hadisələrinə dair açıqlamasını qəbul etmir və rədd edirik.

Sözügedən açıqlamanın mövzuya dair elmi və hüquqi bir təmələ, tapıntıya əsaslanmadığı ortadadır. 1915-ci il hadisələri ilə əlaqədar olaraq beynəlxalq hüquqda müəyyən edilmiş “soyqırımı” ifadəsinin işldilməsi üçün lazım olan şərtlərin heç biri mövcud deyil.

1915-ci il hadisələrinin mahiyyəti siyasətçilərin konyuktural siyasi motivlərinə və ya daxili siyasi mülahizələrinə görə dəyişməz. Belə bir yanaşma tarixin yalnız kobudcasına təhrif edilməsinə xidmət edər”.

Avropa İnsan Haqları Məhkəməsi 1915-ci il hadisələrinin mübahisəli mahiyyətini açıq ifadə edib. Digər tərəfdən, Türkiyənin o dönəmə dair elmi həqiqətlər işığında ədalətli bir yaddaşın formalaşdırılması istiqamətində 2005-ci ildə Birgə Tarix Komissiyasının qurulması təklifi də, erməni tərəfi buna yanaşmasa da, bu gün hələ də keçərliliyini qoruyur.

Tarixi mövzularda hökm oxumağa nə hüquqi, nə də mənəvi cəhətdən səlahiyyəti olan ABŞ prezidentinin verdiyi açıqlamanın heç bir dəyəri yoxdur.

Mədəniyyətlərin beşiyi kimi adlandırılan bir coğrafiyanın mərkəzində yerləşən və yaşadığı bütün ağrılara baxmayaraq, bəşəriyyətin sülh və rifahı üçün səy göstərməyi şüara çevirən Türkiyə tarixi ilə üzləşməkdən heç bir zaman qaçmadığı kimi, bu mövzuda ABŞ da daxil olmaqla, heç kimdən dərs almayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir