• Ca. Okt 3rd, 2024

UEFA Azərbaycana aprelin 7-dək vaxt verdi

ByYenigun.news

Apr 3, 2021

UEFA AÇ-2020-ni keçirəcək ölkələrə vaxt verib.

“Yenigun.news” xəbər verir ki, həmin ölkələr aprelin 7-nə qədər qitə futbol qurumuna oyunların azarkeşlərlə keçirilməsi ilə bağlı planları təqdim etməlidirlər.

Bunu qurumun koronavirus üzrə tibb məsləhətçisi Daniel Kox Almaniya mətbuatına açıqlamasında deyib.

“Hazırki vəziyyət çox risklidir. Amma azarkeşlərin stadionlara buraxılmasına icazə verən ölkələr məsuliyyət daşımalıdırlar. Aprelin 7-nə qədər bütün ölkələr planlarını UEFA-ya təqdim edəcəklər”.

Xatırladaq ki, bu ölkələr arasında Azərbaycan da var və aprelin 7-nə qədər AFFA matçların azarkeşlərlə keçirilməsi ilə bağlı planı UEFA-ya təqdim etməlidir.

Qeyd edək ki, 11 iyun – 11 iyul tarixlərində keçiriləcək Avro-2020-nin qrup mərhələsinin 3, 1/4 finalın isə bir oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir