• Ca. Okt 3rd, 2024

UEFA və FİFA prezidentlərindən görüş tələb etdilər

ByYenigun.news

Apr 20, 2021

Avropa Super Liqasını yaradan klublar UEFA və FİFA-ya növbəti müraciət ünvanlayıb.

“Yenigun.news” xəbər verir ki, müraciətdə dünya və Avropanın ali futbol qurumları dialoqa dəvət olunub.

Super Liqanın təsis olunmasından sonra yaranmış böhranla əlaqədar, tərəflər ortaq məxrəcə gəlmək istəyirlər. Xüsusilə də FİFA və UEFA-nın, həmçinin yerli futbol federasiyalarının tətbiq etməyi planlaşdırdığı sanskiyalar Super Liqa iştirakçılarını qarşı tərəflə dialoq qurmağa məcbur edir. Bu üzdən də onlar ünvanladıqları məktubda FİFA prezidenti Canni İnfantino və UEFA prezidenti Aleksandr Çeferindən görüş tələb ediblər.

Məktubda o da qeyd olunub ki, onlar UEFA tərəfindən təşkil olunmuş turnirlərin yerini tutmaq niyyətində deyillər: “UEFA Çempionlar Liqasının və ya Avropa Liqasının yerini doldurmağı düşünmürük. Bu turnirlər davam edərkən onlarla rəqabət edə biləcək yeni bir turnir keçirməyi hədəfləmişik”.

Qeyd edək ki, İngiltərənin “Arsenal”, “Mançester Yunayted”, “Çelsi”, “Liverpul”, “Mançester Siti”, “Tottenhem”, İtaliyanıan “Milan”, “İnter”, “Yuventus”, İspaniyanın “Atletiko”, “Barselona” və “Real” klubları Avropa Super Liqası adlı yeni bir turnir təsis ediblər. Lakin UEFA, FİFA, Avropa Klublar Birliyi, İngiltərə, İspaniya, İtaliya Futbol Federasiyaları dərhal bu turniri tanımadıqlarını, orada iştirak edəcək klublara ciddi sanksiyalar tətbiq olunacağını bəyan etdilər. Super Liqaya qatılacaq klubların həm yerli turnirlərə, həm də UEFA və FİFA bayrağı altında təşkil olunan yarışlara buraxılmayacağı bildirilib. Hətta bu klubların formasını geyinən futbolçuların ölkələrinin milli komandasında oynamasına da qadağa qoyulacaq. Artıq Almaniya və Fransa futbol federasiyaları, həmçinin A Seriyası, Premyer Liqa, La Liqa, Liqa 1 və Bundesliqa da rəsmi açıqlama yayaraq, UEFA və FİFA-ya dəstək nümayiş etdirib, Avropa Super Liqasına qarşı çıxdıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir