• C. Apr 26th, 2024

Zəfər Muzeyinin yeri məlum oldu – RƏSMİ

ByYenigun.news

Mar 20, 2021

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yeri məlum olub.

Yenigun.news xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

“Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılacaq Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yeri olaraq Xətai rayonunda “Hərbi Qənimətlər Parkı”nın ərazisi müəyyən edilib”, – Mədəniyyət Nazirliyindən bildirilib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir