• Bz. Noy 24th, 2024

Çində quş qripinin yeni növünə yoluxma qeydə alındı

ByYenigun.news

İyn 1, 2021

Çində H10N3 quş qripi ştammına yoluxma faktı qeydə alınıb.

“Yenigun.news” xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Virus Szyansu əyalətində yaşayan 41 yaşlı kişidə aşkarlanıb. Pasientdə ilk simptomlar 23 apreldə yüksək hərarətlə başlayıb. 5 gün sonra isə o, yerli xəstəxanaların birinə yerləşdirilib.

Çinin Yoluxucu Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi mayın 28-də sözügedən pasientdən götürülmüş nümunələrin genlərinin analizini həyata keçirib.

Analiz nəticələri virusun quş qripinin H10N3 ştammı olduğunu göstərib.

Virusun genetik analizinə görə, bu quşlar arasında yayılan infeksiyadır və insanlara təsirli şəkildə yoluxa bilməz. Bununla belə xəstə ilə yaxın təmasda olan hər kəs həkim nəzarəti altına alınıb. Hazırda yoluxmuş şəxsin vəziyyəti stabil olaraq qiymətləndirilir və onun xəstəxanadan buraxılacağı gözlənilir.

Qeyd edək ki, bu,Çində  H10N3 ştammının insana yoluxmasına dair ilk faktdır. Bundan əlavə, quşlar arasında bu ştamm nisbətən az patogen hesab olunur.

Mütəxəssislər virusa yoluxmamaq üçün xəstəlikdən ölən quşlarla təmas qurmamağı, mümkün qədər canlı quşlarla da təmasdan çəkinməyi tövsiyə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir