• Şb. Apr 20th, 2024

İraqda Türkiyə əsgəri şəhid oldu

ByYenigun.news

Avq 13, 2021

Türkiyə ordusunun 1 əsgəri İraqda şəhid olub.

Yenigun.news xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün tvitterdəki hesabında bildirib.

Qeyd edilir ki, hadisə İraqın şimalında baş verib. Türkiyə Silahlı Qüvvələrinin hərbçisi “Pençe-Şimşek” əməliyyat zonasında PKK terrorçularının hücumu nəticəsində ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib, lakin yaralının həyatını xilas etmək mümkün olmayıb.

Türkiyə hərbçilərinin cavab tədbirləri nəticəsində hücumu həyata keçirən 3 terrorçu zərərsizləşdirilib. Hazırda bölgədə əməliyyat davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir