• Be. Noy 16th, 2026

Orta Dəhlizin inkişafı və enerji əməkdaşlığı üzrə birgə təşəbbüslər

ByVuqar Ferzeliyev

Noy 16, 2026

   İrlandiyanın Dublin şəhərində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı Azərbaycanın Avropa ilə münasibətlərinin mövcud vəziyyətini və gələcək perspektivlərini qiymətləndirmək baxımından mühüm siyasi hadisədir. 12 noyabr 2026-cı ildə keçirilən sammitdə  Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin iştirakı və tədbir çərçivəsində baş tutan çoxsaylı ikitərəfli görüşlər göstərir ki, Azərbaycan artıq Avropanın siyasi, iqtisadi və təhlükəsizlik gündəliyində yalnız regional tərəfdaş kimi deyil, daha geniş geosiyasi maraqları olan mühüm aktorlardan biri kimi çıxış edir.

   Dövlətimizin başçısı dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformalardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə, Azərbaycanın qlobal məsələlərinin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə nail olur, dövlətimizi addım-adım strateji hədəflərə yaxınlaşdırır

   Dublində keçirilən müzakirələrin əsas istiqamətlərindən birinin innovasiya, nəqliyyat bağlantıları və əlçatan enerji olması Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini daha aydın göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin çıxışında Azərbaycanın Avropa İttifaqına qaz ixracının 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəldiyini vurğulaması ölkəmizin etibarlı enerji tərəfdaşı kimi mövqeyini nümayiş etdirir. Eyni zamanda, alternativ enerji mənbələrinin gələcək rolunun artacağına dair fikirlər Azərbaycanın yalnız ənənəvi enerji təchizatçısı deyil, həm də yaşıl enerji əməkdaşlığında perspektivli tərəfdaş olduğunu göstərir. Orta Dəhlizin inkişafı, nəqliyyat infrastrukturunun genişləndirilməsi və Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin gücləndirilməsi Azərbaycanın geosiyasi çəkisini artıran digər mühüm amillərdir. Hesab edirəm ki, bu Zirvə Toplantısında Azərbaycanın iştirakı Bakı–Brüssel münasibətlərinin praqmatik maraqlar əsasında inkişafına, ölkəmizin Avropanın enerji və nəqliyyat təhlükəsizliyində rolunun daha da möhkəmlənməsinə xidmət edir.

                                                                                                   Ələkbər Dövlətov,

                                                                        Lənkəran Regional Qaz İstismar İdarəsi idarə

                                                                        rəisinin müavini 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir