• Şb. Noy 7th, 2026

Qürur mənbəyimiz Şuşa

ByVuqar Ferzeliyev

Noy 6, 2026

        Şuşanın Azərbaycan xalqının qan yaddaşında, milli, mənəvi və mədəni düşüncəsində  müqəddəsliyi hər kəsə məlumdur. Azərbaycanda Şuşa kimi ikinci bir şəhər yoxdur ki, hamını eyni dərəcədə özünə cəlb edə və insanların milli ruhuna və milli heysiyyatına təsir edə bilsin. Buna görə də Şuşa şəhər Gününün təsis olunması hamımızın ürəyincə olub.

        Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb. Belə ki, noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olub. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Hazırda Şuşada həyat canlanıb  və şəhər öz simasını gündə-günə dəyişir..

        Son altı il ərzində Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse –prezident Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərində səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Ölkəmizin başçısı cənab İlham Əliyev azad olunmuş ərazilərə həm əvvəlki, həm də son səfərində öz hiss və emosiyalarını çox, daha açıq büruzə vermişdir. Çünki Azərbaycan xalqının tarixi-mədəni irsində Qarabağın xüsusi yeri var. Təməli 1752-ci ildə qoyulmuş Şuşa şəhəri artıq 18-ci əsrin ikinci yarısında Azərbaycanın ən məhşur şəhərlərindən birinə, Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşa milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyi kimi tarixə düşüb və Azərbaycan musiqi mədəniyyətinin inkişafında və dünyaya çatdırılmasında xüsusi yeri olan mənəvi qürur mənbəyimizdiur. Qarabağ Üzeyir bəy Hacıbəylinin, Zülfüqar Hacıbəylinin, Soltan Hacıbəylinin, Cabbar Qaryağdıoğlunun, Bülbülün, Xan Şuşinskinin, Rəşid Behbudovun, Süleyman Ələsgərovun və digər  mədəniyyət korifeylərinin vətənidir.

                                                                                                                                  Amil  Əliyev,

                                                          Cəlilabad rayonunda məskunlaşmış Şusa rayon sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir