Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulmuş “Bakı Prosesi” beynəlxalq dialoq platforması çərçivəsində, 27–29 oktyabr 2026-cı il tarixlərində Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib
“Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini verib”.Bu sözləri Prezident İlham Əliyev Forumda çıxışı zamanı deyib.
O, çıxışı zamanı bildirib ki, biz pandemiyadan sonra fəaliyyətimizi yenidən davam etdiririk. Sonuncu – 2024-cü ildə keçirilən Forumu xatırlayıram. O zaman biz qlobal gündəlikdə olan mühüm məsələləri müzakirə etdik. Lakin bu iki il ərzində biz nə qədər çox məsələnin müsbət və mənfi istiqamətdə dəyişdiyini görürük. Mənfilər arasında bizim yaxınlığımızda baş verən yeni müharibələrdir. Müsbətlər arasında Ermənistanla sülhdür, hansı ki, keçən ilin avqust ayında paraflanmışdır və onun paraflandığı yer də çox rəmzi məna daşıyır. O Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanmışdır. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri öz imzalarını atmışdılar, – sülh sazişinə yox, – lakin sənəd Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə paraflanmışdır və üçtərəfli Bəyannamə də imzalanmışdır. Amerika Prezidenti onu şahid qismində imzalamışdır. Beləliklə biz, nəinki ədaləti bərpa etməyə, ərazilərimizi işğaldan azad etməyə, Cənubi Qafqazda müstəqil Cənubi Qafqaz ölkələrinin tarixində heç vaxt mövcud olmayan tamamilə yeni vəziyyət yaratmağa nail olduq,
Azərbaycan cəmiyyəti, multikulturalizm üzrə, divarların yox körpülərin qurulması üzrə dövlət siyasəti, həqiqətən də bu mühüm hadisələrə gətirib çıxardı. Beləliklə, təkcə bütün bu faktlar həqiqətən bizim oynadığımız rolu nümayiş etdirir.
Dövlətimizin başçısı qeyd edib ki, bu forum təxirəsalınmaz məsələlər haqqında bəhs etmək üçün ən əlverişli imkandır.
Fəttah Kərimov,
Cəlilabad Rayon İcra Hakimiyyəti
başçısının Uzuntəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
