• Ca. Okt 15th, 2026

Siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir.

ByVuqar Ferzeliyev

Okt 15, 2026

   Azərbaycan və Somali arasında otuz ildən artıqdır ki, diplomatik münasibətlər mövcuddur. Bu müddət ərzində ölkələrimiz arasında qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan əlaqələr formalaşmış, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üçün möhkəm zəmin yaranmışdır. Azərbaycan və Somali müxtəlif beynəlxalq platformalarda bir-birinə dəstək göstərərək həmrəylik nümayiş etdirmiş, ortaq maraq doğuran məsələlərdə qarşılıqlı əməkdaşlığın əhəmiyyətini ön plana çəkmişlər.

Beynəlxalq təşkilatlar dövlətlər arasında dialoqun inkişaf etdirilməsi, ümumi problemlərin müzakirəsi və birgə təşəbbüslərin irəli sürülməsi baxımından mühüm imkanlar yaradır. Azərbaycan və Somali də bu platformalardan istifadə edərək qarşılıqlı münasibətlərin inkişafına töhfə verməyə çalışırlar. Bu cür əməkdaşlıq yalnız siyasi əlaqələrin möhkəmlənməsinə deyil, həm də ölkələr arasında etimadın artırılmasına və gələcək tərəfdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.

Əminəm ki, uzun illər ərzində formalaşmış həmrəylik və qarşılıqlı dəstək ənənələri bundan sonra da davam edəcəkdir. Ölkələrimiz beynəlxalq məsələlərdə əməkdaşlığı qorumaqla yanaşı, ikitərəfli münasibətlərin yeni istiqamətlər üzrə inkişafı üçün də səylərini davam etdirə bilərlər. Mövcud dostluq münasibətləri gələcəkdə siyasi dialoqun genişləndirilməsi, iqtisadi və humanitar əlaqələrin gücləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı                        Hüseyn Eynullayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir