• Ç. Okt 14th, 2026

Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik

ByVuqar Ferzeliyev

Okt 14, 2026

   Azərbaycanın xarici siyasətində ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulması, dövrün çağırışlarına uyğun olaraq yeni istiqamətlər üzrə inkişaf etdirilməsi prioritetdir. Qarşılıqlı səfərlərin dinamikliyi, Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin davamlılığı, həmçinin respublikamızın bu və ya digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə iştirakı özündə mühüm məqamları əks etdirir. Bu baxımdan Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə rəsmi səfəri mühüm əhəmiyyət kəsb edir.

     Azərbaycan ilə Kamboca arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Dövlətlər arasında münasibətlərin inkişafında qarşılıqlı etimad mühitinin qorunmasını prioritet hesab edən Azərbaycan həmin vaxtdan ötən dövr ərzində iki ölkənin münasibətlərinin bu günü və gələcəyi üçün möhkəm təməlin yaradılması üçün böyük səylər göstərib. Prezident İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet ilə oktyabrın 12-də keçirdiyi məhdud və geniş tərkibdə görüşlər, ikitərəfli münasibətlərin gələcək inkişafının təmin edilməsində hüquqi baza rolunu oynayan sənədlərin imzalanması, liderlərin mətbuata bəyanatlarla çıxış etmələri iki dövlət arasında münasibətlərin dünəninə və bu gününə baxış əsasında gələcək perspektivlərinə aydınlıq gətirdi. Mətbuata bəyanatında “Biz yaxşı dost və tərəfdaşıq” söyləyən Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmaslarımızı intensivləşdirmək barədə də razılığa gəldik. Ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi müəyyənləşdirməliyik. Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq.

   Kambocanın və Azərbaycanın ikitərəfli əməkdaşlığı gücləndirmək əzmi çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimizin inkişafına da töhfə verəcəkdir”.

Nərimanova Sərvanə

Saatlı şəhər Bülbül adına UMM-nin fortepiano müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir