Prezident İlham Əliyevin və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı verdiyi bəyanat mühüm müddəalarla zəngindir.
Prezidentin səfər çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycan–Laos münasibətlərinin yeni mərhələsinin konturlarını aydın şəkildə ortaya qoyub. Birgə Bəyanat siyasi münasibətlərin gələcək istiqamətlərini müəyyənləşdirir, biznes-forumu iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır, təhsil və mina təhlükəsizliyi humanitar gündəliyi genişləndirir, nəqliyyat layihələri isə iki ölkəni daha böyük regional və beynəlxalq iqtisadi proseslərə bağlayır. Bu mənada Thonqlun Sisulitin Azərbaycana ilk rəsmi səfəri iki dost ölkə arasında münasibətlərin daha sistemli və nəticəyönümlü tərəfdaşlıq səviyyəsinə yüksəlməsi baxımından mühüm hadisədir.
Əməkdaşlığın daha bir mühüm istiqaməti nəqliyyat-logistika sahəsidir. Azərbaycan artıq mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin fəal iştirakçısı və regionun əsas logistika mərkəzlərindən biridir. Laosun qonşu dövlətlərlə dəmir yolu bağlantılarını inkişaf etdirməsi və gələcəkdə Trans-Xəzər marşrutuna çıxış əldə etmək niyyəti iki ölkə arasında yeni iqtisadi körpülərin yaranmasına imkan verir. Bu baxımdan Azərbaycan öz nəqliyyat infrastrukturundan istifadə etməklə Laosun dünya bazarlarına çıxış imkanlarının genişlənməsində mühüm tərəfdaşdır.
Humanitar əməkdaşlıq isə bu münasibətlərə xüsusi məna verir. Sovet dövründə laoslu tələbələrin Azərbaycanda təhsil alması iki ölkə arasında tarixən formalaşan humanitar əlaqələrin göstəricisidir. Bu ənənənin təqaüd proqramları vasitəsilə bərpası gələcəkdə Azərbaycanla Laos arasında yeni nəsil dostluq körpülərinin qurulmasına xidmət edə bilər.
Həmçinin minalarla mübarizə də iki ölkənin təcrübəsini birləşdirə biləcək mühüm istiqamətdir. Azərbaycan mina təhlükəsinin aradan qaldırılması sahəsində geniş təcrübə toplayıb. Laosun da bu istiqamətdə təcrübə mübadiləsini, texnoloji əməkdaşlığı və mütəxəssis hazırlığını əhəmiyyətli edir.
Xanoğlan Süleymanov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Təklə
kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
