• Ça. Noy 10th, 2026

Əsas Qanunumuz iftixarımızdır

ByVuqar Ferzeliyev

Noy 10, 2026

Bu gün müstəqil ölkəmizin vətəndaşları böyük və tükənməz arzularla, yüksək bəşəri ideallarla yaşayırlar. Milli Konstitusiyamız bu idealların qarantıdır, güclü qanunlar dövlət müstəqilliyimizin, dövlətçiliyimizin əsas dayaqlarıdır və hamının bununla fəxr etməyə haqqı vardır.

Konstitusiya müddəalarının həyta keçirilməsinin əsas qarantı kimi,  Hörmətli Prezidentimiz cənab İlham Əliyev rəhbərliyə gəlməsinin ilk günlərindən respublikamızın həyatında sağlam mühit, saf münasibətlər rişə salıb,  hərtərəfli dinamik inkişaf, dövlət quruculuğu uğurla davam etdirilir, dövlətçilik ənənələri mütəmadi olaraq zənginləşdirilir və qorunur.  Məhz onun çoxcəhətli ictimai-siyasi və diplomatik fəaliyyəti nəticəsində artıq Azərbaycan bütün planetdə tanınmışdır. 44 günluk Vətən müharibəsindəki Qələbəmiz sayəsində Vətənimiz yenə də bütün dünyaya səs saldı, beynəlxalq aləmdə öz imicini daha da möhkəmləndirdi. Möhtərəm Prezidentimiz öz fəaliyyətində respublikamızın bütün regionlarının inkişaf etdirilməsində, bütün insanların azadlıqlarının mühafizəsində, onların həyat səviyyəsinin yüksəldilməsində özünün qarant rolunu uğurla həyata keçirir.

 Biz, Əsas Qanunumuzun müddəalarından xeyli bəhrələndik, nəticədə  partiyamız qısa müddət ərzində insanların ictimai-siyasi şüurunun müasir tələblərə uyğun yenilənməsində avanqard qüvvə kimi inkişaf etdi, mütəşəkkil siyasi qüvvəyə çevrildi. Biz, ulu öndərimizin hər şeyə qadir siyasətini yeni bir qüvvə ilə davam etdirdik, dövlətimizin siyasi əsaslarının daha da möhkəmləndirilməsi, vətəndaşların təfəkkürünün inkişaf etdirilməsi, siyasi-mənəvi tərbiyə sahəsində irəliyə doğru ciddi addımlar atdıq və siyasi avanqard kimi bu tədbirlərimizi ardıcıl olaraq davam etdiririk.

                Arif Abdullayev,

       Vətən Müharibəsi Qəhrəmanı, şəhid Rəşad Abdullayevin atası

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir