30 illik həsrətli müddət ərzində xalqüımız daim vətən həsrəti, sevgisini ürəyində daşıdı, Möhtərəm Prezident cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Liderimiz daim çıxışlarında "Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır" deyirdi. O, Ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz, öz hünərini döyüş meydanında da göstərdi. Bu müddət ərzində digər dövlətlər təzyiq göstərməyə, bəzi sanksiyalar tətbiq etməyə çalışsalar da Azərbaycanımızın üstünlüyünü qəbul etməyə məcbur oldular. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.
İkinci Qarabağ müharibəsinin ilk günlərindən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı bu birliyin qarşısıalınmaz gücünü göstərdi. Məkrli düşmənlə üz-üzə döyüşlərdə işğalçıya tarixi dərs verən Milli Ordumuzun sarsıdıcı zərbələrindən qorxuya düşən, hələ də özünə gələ bilməyən Ermənistan təkcə hərb meydanında deyil, diplomatiyada, informasiya müharibəsində də Azərbaycana yenildi.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!”
Ulu Öndərin ölməz ideyaları, müxtəlif illərdə Vətən, xalq, ordu, Qarabağ haqqında söylədiyi fikirlər öz işığıyla xalqımızı, ordumuzu şanlı qələbəyə doğru aparmışdır, Ali Baş Komandana ordumuzdakı mürəkkəb problemləri həll etməyə imkan vermişdir.
Hazırda Azərbaycanın tarixində yeni səhifə - quruculuq missiyası sürətlə davam etdirilir, azad edilmiş torpaqlara həyat qayıdır. Ulu öndərimizin da ruhu şaddır.
Ziya Quliyev,
“Cəlilabad Rayon Mərkəzi Xəstəxanası “ Publik Hüquqi Şəxsdə
Xəstə xidmətləri şöbəsinin müdiri