• Ç. Noy 11th, 2026

Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərara dair fikri

ByVuqar Ferzeliyev

Noy 11, 2026
 Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan hadisələrdən biri də milli dövlət bayrağımızın yenidən ucaldılması və dövlət rəmzi kimi qəbul edilməsi olmuşdur. Bu tarixi prosesdə Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır.

1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan qərarlar qəbul edilmişdir. Həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar verilmiş, eyni zamanda Azərbaycan SSR-in dövlət bayrağı ilə bağlı dəyişikliklərin edilməsi məsələsi qaldırılmışdır.
Bu qərar xalqımızın milli azadlıq və müstəqillik mübarizəsinin gücləndiyi bir dövrdə böyük siyasi və tarixi əhəmiyyət daşıyırdı. Ulu Öndər Heydər Əliyev üçrəngli bayrağımızı Azərbaycanın milli kimliyinin, dövlətçilik ənənələrinin və müstəqillik ideallarının ifadəsi kimi yüksək qiymətləndirirdi.
Üçrəngli bayrağımızın yenidən dövlətçilik tariximizə qaytarılması Azərbaycanın müstəqilliyinə aparan yolda mühüm addım oldu. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və demokratiyanı, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğu ifadə edir.
Ulu Öndər Heydər Əliyevin bu tarixi təşəbbüsü onun milli dövlətçilik ideallarına sədaqətinin, xalqının gələcəyinə olan inamının parlaq nümunəsidir. Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı müstəqilliyimizin, suverenliyimizin və milli birliyimizin rəmzi kimi dünyanın müxtəlif ölkələrində dalğalanır.
Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində qəbul edilən həmin qərar Azərbaycan tarixində əbədi yaşayacaq və gələcək nəsillərə dövlətçilik, vətənpərvərlik nümunəsi olacaqdır.

Saatlı rayon Mərkəzi Kitabxananın əməkdaşı
Fuad Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir