Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi rəqabətin, regional münaqişələrin, transsərhəd təhdidlərin və qeyri-ənənəvi təhlükəsizlik risklərinin artması dövlətlər arasında təhlükəsizlik sahəsində koordinasiyanın əhəmiyyətini daha da artırır.
Azərbaycan və Böyük Britaniya arasında Dublində imzalanmış Bəyannaməyə əsasən iştirakçılar regional sülh və sabitliyi dəstəkləmək üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və ümumi təhdidləri yayındırmaq, qarşısını almaq və onlara cavab vermək qabiliyyətlərini artırmaq üçün uzunmüddətli öhdəlikləri ortaq qəbul edirlər. Maraqların uzlaşdığı çoxtərəfli platformalarda beynəlxalq sülhə və təhlükəsizliyə birgə töhfə verərək əməkdaşlıq etmək niyyətlərini təsdiqləyiblər.
Yüksək səviyyəli qarşılıqlı fəaliyyətin davamlı impulsuna sadiq qalacaq və qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanı dərinləşdirəcəklər;
Azərbaycan və Böyük Britaniya arasında müdafiə təlimləri, hərbi potensialın gücləndirilməsi, təcrübə mübadiləsi və müdafiə sənayesi üzrə əməkdaşlıq imkanlarının araşdırılması xüsusi əhəmiyyət kəsb edir. Belə təşəbbüslər tərəflərin institusional və texniki imkanlarının inkişafına, eləcə də təhlükəsizlik çağırışlarına daha çevik reaksiya verməsinə xidmət edəcək. İştirakçılar təlim, potensialın artırılması və qarşılıqlı fəaliyyətə yönəlmiş müdafiə əməkdaşlığını inkişaf etdirəcək və qarşılıqlı maraq doğuracaq sahələrdə birgə təşəbbüslər də daxil olmaqla, müdafiə sənayesi əməkdaşlığını gücləndirmək imkanlarını araşdıracaqlar;
Artan təhlükəsizlik çağırışlarına və təhdidlərinə cavab olaraq genişspektrli təhlükəsizlik prioritetləri üzrə əməkdaşlığı gücləndirəcəklər. İştirakçılar qanunun aliliyini və institusional dayanıqlılığı gücləndirmək üçün hüquq-mühafizə orqanları arasında gücləndirilmiş tərəfdaşlıq və sərhəd idarəçiliyi, eləcə də məhkəmə və hüquqi əməkdaşlığı formalaşdıracaqlar.
Şakir Mansurov,
Təqaüddə olan müəllim,
