İraqın şimalında neft şirkətlərindən birinə məxsus iri müəssisə raket hücumuna məruz qalıb.
Yenigun.news xəbər verir ki, bu barədə “Əs-Sumariya” telekanalı məlumat yayıb.
Sözügedən müəssisənin Bağdaddan 200 kilometr şimal-qərbdə Səlahəddin əyalətində yerləşdiyi ehtimal olunur.
Atılan mərminin kustar üsulla hazırlandığı qeyd olunsa da, hadisə zamanı ölən və ya yaralıların olub-olmaması açıqlanmayıb.