Türkiyənin yerli istehsalı olan koronavirus vaksininin üçüncü faza sınaqlarına başlanılıb.
“Yenigun.news” xəbər verir ki, vaksinin üçüncü fazasının ilk tətbiqinə videokonfrans yolu ilə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan peyvəndin adının “TURKOVAC” olduğunu açıqlayıb.
Ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib ki, vaksinin təsirini görmək istəyirlər, bundan sonra isə onun geniş tətbiqinə keçəcəklər.