• Be. Noy 25th, 2024

Türkiyə PUA-larla yükdaşımaya hazırlaşır

ByYenigun.news

May 29, 2021

Türkiyə mülki məqsədlərlə istifadə məqsədilə PUA-larla yükdaşıma fəaliyyəti üçün infrastruktur yaradır.

“Yenigun.news” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Mülki Aviasiya Baş İdarəsi bütün dünyada sürətlə inkişaf edən PUA-ların mülki məqsədlərlə istifadə üçün uyğunlaşdırılmasını həyata keçirir.

Bu model çərçivəsində Türkiyə mülki hava məkanının təsirli, təhlükəsiz və faydalı bir şəkildə istifadəsi hədəflənir.

Model hələlik sistemdə tanınan 50 min 170 PUA-nın icazəli hava dəhlizləri ilə və hava nəqliyyat vasitələrinə taxıla bilən modul vasitəsilə bütün hərəkətlərin mərkəzi olaraq izlənməsini nəzərdə tutur.

Bu sistemlə uçuş icazələrinin təsdiqlənməsi mexanizmlərinə ehtiyac duyulmadan rahat, eyni zamanda, yüksək təhlükəsizlik səviyyəli fəaliyyətlər təmin olunacaq.

Model daxilində PUA-ların şəhərlərarası əsas uçuş dəhlizləri, bununla yanaşı, şəhərdaxili münasib uçuş kanalları müəyyənləşdirilərək, bu xətlər üzərindəki hərəkətliliyi təmin edəcək idarəetmə infrastrukturu və qaydalar tətbiq olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir