NATO Türkiyəsiz alyansın mövcudluğunu təhdid edən çətinliklərlə qarşılaşacaq.
“Yenigun.news” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telemüraciətində bildirib.
“Türkiyəsiz NATO-ya yalnız öz gücünü qoruyub saxlamaq deyil, həm də mövcudluğunu qoruyub saxlamaq çətin olacaq. Türkiyə alyans qarşısında öz öhdəliklərini tam yerinə yetirir. O, [Türkiyə] NATO-nun qorunmasının vacibliyini qəbul edir, baxmayaraq ki, özünə ən çox dəstək lazım olduğu bir vaxtda tək qalmışdı”, – Ərdoğan iyunun 14-də Brüsseldə keçirilmiş NATO sammitinin yekunlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, regional böhranlarda – İraqdan Suriyaya, Fələstindən Liviyaya qədər NATO ondan gözlənilən güclü iradəni nümayiş etdirə bilməyib.
“Sammitin gedişində danışıqlar zamanı biz bir daha “pis terrorçu, yaxşı terrorçu” anlayışının düzgün olmadığına diqqət çəkdik”, – deyə qeyd edən Ərdoğan əlavə edib ki, NATO-nun ölkənin cənub sərhədlərində Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası ilə mübarizəyə daha səmimi və güclü töhfə verəcəyini gözləyir.