• Be. Dek 9th, 2024

Azərbaycanın milli maraqlarına uyğun addım

ByVuqar Ferzeliyev

Fev 24, 2022
Bugünlərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Rusiyaya rəsmi səfəri və bu səfər çərçivəsində imzalanmış Moskva Bəyannaməsində əksini tapmış bütün maddələr xalqımızın və dövlətimizin milli maraqları və mənafeyi ilə tam üst-üstə düşür. Bu Bəyannamədə ən vacib və diqqət çəkən məsələlərdən biri Rusiyanın bir daha Azərbaycanın sərhədlərini rəsmi olaraq tanıması və bir mənalı olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməsidir.

  Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur. Bəyannaməyə əsasən müttəfiq olsaq da milli maraqlarımıza və mənafeyimizə tam uyğun bə müstəqil siyasət yürütməyimiz suveren hüququmuz kimi tanınır. BMT və bu kimi nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunmuş beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilir. Azərbaycan və Rusiya bir-birinə zərər vermədən bu təşkilatlarda bir-birinin əleyhinə səs vermir. Hər iki ölkə müttəfiqlik fəaliyyətini biri-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulması, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək, öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəlik götürürlər.

  Azərbaycan-Rusiya münasibətləri tarixi köklərə malikdir. Qarşılıqlı səfərlər və bu səfərlər çərçivəsində imzalanan sənədlər münasibətlərimizin inkişafında yeni mərhələnin başlanmasında stimulverici amildir. İki qonşu ölkənin əlaqələrinin yüksələn xətlə inkişafında, həmçinin dövlət başçılarının şəxsi münasibətləri, qarşılıqlı yüksək etimad mühiti əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev daim bu reallığı önə çəkir ki, hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərinin qurulması çox vacib amildir.

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılmasında Rusiya Federasiyasının vacib rol oynadığını vurğulayıb. Həmçinin qeyd edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında, normal qonşuluq münasibətlərinin qurulmasında əsas rol oynayır. Qarabağ Azərbaycanın ayrılmaz tərkibi olduğu bir daha vurğulanır. Hərbi əməkdaşlıq sahəsində əlaqələr daha da genişlənir, Rusiyadan müasir silahlar alınmaqla bərabər Azərbaycana hərbi yardım edilə bilir, Rusiya silahlarının Azərbaycanda istehsalına hüquqi zəmin yaradılır. Qarşılıqlı olaraq Azərbaycanda hər hansı separatçı qüvvələrə qarşı mübarizədə Rusiya, Rusiyanın terrorizmə və narko ticarətə qarşı mübarizəsində Azərbaycan yardım edəcək. Xəzərin statusu ilə bağlı konvensiyası bir daha təsdiq olunur. Hər iki ölkədə Investorlar ən əlverişli investisiya mühiti ilə təmin edilir və Rusiya Azərbaycana böyük investisiya qoyur.

  Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük perspektivlər açır.

Mirsüleyman Mirxaslı,
YAP Cəlilabad Rayon Təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir