• C. Apr 19th, 2024

Cəlilabadda gənclər arasında inşa müsabiqəsinin qalibləri təltif edildi

ByYenigun.news

May 7, 2021

07 may 2021-ci il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin, Cəlilabad Rayon Gənclər və İdman İdarəsi və Cəlilabad rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Tarixin yaşayan əfsanəsi” adlı inşa müsabiqəsi keçirilmişdir.

İnşa müsabiqəsində Alar kənd R.Quliyev adına 3 nömrəli məktəbin şagirdi I yerə, Günəşli kənd V.Niftullayev adına 1 nömrəli tam orta məktəbin şagirdi Niftullayev Səkinəxanım Şahin qızı II yerə, Mirzəli kənd ümumi orta məktəbin şagirdi Mirzəyeva Fidan Hafiz qızı isə III yerə layiq görülmüşdür.
Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov qaliblərlə görüşərək onları təltif etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir