• Ca. Apr 25th, 2024

Cəlilabadda yeniyetmə və gənclər arasında inşa müsabiqəsinə start verilir.

ByYenigun.news

May 4, 2021

03-07 may 2021 – ci il tarixlərində Cəlilabad rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin doğum gününün 98-ci ildönümünün yüksək səviyyədə qeyd olunması, Heydər Əliyev ideyalarının yeniyetmə və gənclər arasında təbliği, həmçinin, rayonda bacarığlı və istedadlı yeniyetmə və gənclərin aşkar edilməsi məqsədilə yeniyetmə və gənclər arasında “Tarixin yaşayan əfsanəsi” adlı inşa müsabiqəsi keçiriləcəkdir. Hər bir yeniyetmə və gənci müsabiqədə iştirak etmək üçün dəvət edirik.
Yazdığınız inşanı ad, soyad, təvəllüd və əlaqə telefonu qeyd olunmaqla mayın 7-dək Cəlilabad rayon Gənclər və İdman idarəsinin elektron ünvanına (celilabadgii@gmail.com) göndərməyiniz xahiş olunur. Qaliblər təltif olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir