• Ç. Okt 5th, 2022

Gəncə və Şəkidə bu məktəblərdə dərslər həftədə 5 dəfə olacaq

ByYenigun.news

May 7, 2021

Mayın 17-dən etibarən Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə dörd dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə beş dəfə əyani şəkildə təşkil olunacaq.

“Yenigun.news” xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə iki dəfə, ümumi orta əhsil səviyyəsində (I-IX siniflərdə) həftədə üç dəfə olmaqla əyani aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.