• Şb. Apr 27th, 2024

Prezident: “Şuşa və Ağdam şəhərlərinin baş planlarının hazırlanması istiqamətində ciddi işlər gedir”

ByYenigun.news

May 25, 2021

Şuşa və Ağdam şəhərlərinin baş planlarının hazırlanması istiqamətində ciddi işlər gedir.

Yenigun.news xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də “Signify” – əvvəlki adı “Philips Lighting” olan şirkətin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini qəbul edərkən deyib.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən danışan dövlət başçısı bildirib ki, Şuşa və Ağdam şəhərlərinin baş planlarının hazırlanması istiqamətində ciddi işlər gedir və “Signify” şirkətinin baş planların hazırlanması mərhələsində bu prosesə qoşulması məqsədə uyğundur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir