• Ç. Dek 11th, 2024

4 il əvvəl – 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı.

ByVuqar Ferzeliyev

Noy 14, 2024

   2020-ci il noyabrın 8-də Müzəffər Ordumuz Şuşa şəhərini düşmən işğalından azad edərək şanlı tariximizə yeni qələbə yazdı. Şuşamızın 28 illik erməni qəsbkarlarının işğalından azad edilməsi Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm qələbələrindən biridir və məhz Şuşanın azad olunmasından sonra mənfur ermənilərin müqaviməti tamamilə qırıldı və kapitulyasiya aktına imza çəkmək ilə razılaşmalı oldular.

  Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsində tarixi zəfərimizi şərtləndirən əsas hadisədir. Şuşa əməliyyatı dünyanın hərb tarixində tayı bərabəri görülməmiş bir əməliyyat idi. Şuşanın hansı şəraitdə, əsgər və zabitlərimizin hansı əziyyətləri bahasına, şəhidlərimizin qanı, canı hesabına, yüksək peşəkarlıq və dəqiqliklə hazırlanmış əməliyyat planı nəticəsində azad edildiyinin şahidi olmuşduq. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müəyyən etdiyi strategiya və siyasəti nəticəsində xalqımız bu qələbəyə nail olmuşdur. Bu günlərdə də işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri tam sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.

   Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd edilir. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Cənab İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltmışdır. Bu hadisə isə xalqımızın yaddaşlarında hər zaman hürur hissləri keçirməsinə səbəb olur və olacaqdır.

  Rauf Salmanov

  Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı                  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir