• Ç. Dek 11th, 2024

Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb

ByVuqar Ferzeliyev

Noy 16, 2024

Cənab prezident İlham Əliyev, Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etməsindən sonra kiçik ada dövlətləri ilə əlaqələrinin daha da gücləndiyini vurğuladı. O, kiçik ada dövlətlərinin qlobal səhnədə səslərinin daha güclü eşidilməsinin vacibliyini qeyd etdi. Cənab prezident İlham Əliyev, xüsusilə müstəmləkə keçmişi olan ölkələrə çağırış edərək, iqlim dəyişikliyi təsirlərindən müdafiə məqsədilə kiçik ada dövlətlərinə maliyyə və texniki dəstəyin göstərilməsini tövsiyə etdi. Qeyd edək ki, Azərbaycanda da iqlim dəyişiklikləri artıq ciddi nəticələr doğurmaqdadır Xəzər dənizində suyun səviyyəsi hər il biraz da aşağı düşür, çaylarda və dağlıq ərazilərdə qar ehtiyatları getdikcə  azalır. Bütün bunlar dünyanın istənilən ölkəsində baş verən problemlərdəndir. Lakin bu proseslər kiçik ada dövlətləri üçün daha çox həyati təhlükəyə çevrilir və onların ekoloji sabitliyinə ciddi təhdid yaradır. Azərbaycanın kiçik ada dövlətlərinə göstərdiyi dəstək həm təbii fəlakətlər zamanı yardım, həm də su təchizatı və mədəni irsin qorunması istiqamətində layihələrlə həyata keçirilir. Bir çox ada dövləti Azərbaycan universitetlərində təqaüd proqramlarından faydalanır. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan, aralarında 20 kiçik ada dövləti olmaqla, 80-dən çox ölkəyə yardımgöstərmişdir.Azərbaycan, inkişaf etməkdə olan kiçikada dövlətlərinin infrastruktur layihələrinə də dəstəkverməyiplanlayır. Xüsusilə, su təchizatı, enerji, kəndtəsərrüfatı və turizm sahələrində  təcrübə mübadiləsi vəinvestisiya imkanları yaradır. Bu sahələrdəAzərbaycandan texnologiya və bilik mübadiləsi, həmçinin maliyyə yardımının göstərilməsimümkündür. Kiçik ada dövlətləri təbii fəlakətlərə dahaçox məruz qalırlar. Azərbaycan, bu dövlətlərəhumanitar yardımlar da göndərir, xilasetməəməliyyatlarına və fövqəladə vəziyyətlərə müdaxiləyəyardım edir. Ölkəmizin başçısının dediyi kimi, Azərbaycan bir sıra inkişaf etməkdə olan ölkələrə,o cümlədən ada     dövlətlərinə humanitar yardım göstərib.

Samir Talıbov
Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir