• Şb. İyl 27th, 2024

Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir.

ByVuqar Ferzeliyev

İyn 11, 2024

Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003–2023-cü illər Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə möhtəşəm 20 il kimi daxil olub. Bu gün həmin tarixi vərəqlədikcə bir daha Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev zəkasının, uzaqgörənliyinin, zəngin dövlətçilik təcrübəsinin onun ən layiqli davamçısının müstəqil Azərbaycanın dövlət başçısı kimi fəaliyyətində uğurlu davamı görürük. Son 20 il müstəqil Azərbaycanın ta­rixində o qədər əlamətdar bir tarix oldu ki, bu dövr ölkəmizdə əsrlərə bərabər tərəqqi mərhələsi sayılır. Müstəqil dövlətimiz bu 20 ildə bütün sahələrdə böyük uğurlar qazandı, daim zirvələrdən-zirvələrə yük­səldi. Bu uğurların əsas lokomotivi isə Prezident İlham Əliyevin zamanı qabaqla­yan ideyaları, strateji düşüncələri və ver­diyi taleyüklü qərarlar oldu. 20 ilin təcrübəsi sübut edir ki, Prezi­dent cənab İlham Əliyev öz fəaliyyəti­ni daim xalqla bir yerdə olmaq və xalqa ləyaqətlə xidmət etmək əsasında qurub. Ölkə rəhbərinin hələ 2003-cü il prezident seçkiləri ərəfəsində “Mən hər bir Azərbay­can vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün qa­biliyyət və bacarığımı əsirgəməyəcəyəm” bəyanatı sonrakı 20 illik fəaliyyətində öz parlaq əksini tapdı. Bütün bunlar Prezi­dent İlham Əliyevin nə qədər mötəbər, ancaq xalqın və dövlətin mənafeyi üçün çalışan, uzaqgörən bir lider olduğunun bariz göstəricisidir. Əlbəttə, böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı kimi 20 illik fəaliyyətinin ən böyük zirvəsi 44 günlük Vətən müharibəsində qazanı­lan tarixi Zəfərdir. Müzəffər Ali Baş Ko­mandanın işğalçı Ermənistan üzərində qazandığı bu tarixi Zəfər XXI əsrdə dün­yada haqqın qələbəsi ilə başa çatmış ən ədalətli müharibə nümunəsidir.  Azərbaycanın Qarabağın azadlığı uğ­runda apardığı savaş beynəlxalq aləmdə yeni müharibə texnologiyasının tətbiqinə əsaslanmaqla təkrarsızdır. Bu, dünya hərb tarixində ən qısa müddətdə qələ­bə ilə başa çatmış müharibə olaraq da əhəmiyyətlidir. Qalib Ali Baş Komandan “Dəmir yumruq”la 20 sentyabr 2023-cü il tarixdə cəmi bir gün ərzində Qarabağda keçirilmiş antiterror tədbirləri ilə daha bir mühüm tarixi zəfərə imza atdı. 

Sürəyya Zeynalova

Saatlı Tarix-diyarşünaslıq muzeyinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir