• Şb. İyl 27th, 2024

Azərbaycanda ilk dəfə Çiyələk Festivalı baş tutacaq – MƏLUMAT

ByVuqar Ferzeliyev

May 27, 2022

Azərbaycanda ilk dəfə olaraq Cəlilabad rayon İcra Hakimiyyəti, “Azəri Home Chef” komandası, turizmin və milli mətbəxin inkişafına dəstək verən QHT-lərin birgə təşkilatçılığı ilə Çiyələk Festivalı keçiriləcək.

yenigun.news xəbər verir ki, Festival may ayının 29-da Cəlilabad rayonunun “Seyrangah” parkında baş tutacaq. Tədbirdə kənd təsərrüfatı şirkətlərinin çıxışları, yerli brendlər və regionun ən yaxşı restoranları ilə tanışlıq, milli mətbəxə dair yeməklərin dadımı, əyləncə proqramı, Vətən müharibəsi veteranları ilə görüş, aşpazlardan ustad dərsləri və “Çiyələk Möcüzəsi” adlı kulinariya müsabiqəsi keçiriləcək.

Qeyd edək ki, Azərbaycan MDB ölkələri arasında dünyanın ən dadlı və məşhur giləmeyvəsinə həsr olunmuş tədbirin keçirildiyi ikinci ölkədir. Çiyələyin ən böyük plantasiyaları Cəlilabad rayonunda yerləşir. Yığılmış çiyələyin yarıdan çoxu ixrac edilir. Onlar altı növ çiyələk yetişdirirlər – “Murano”, “Monterey”, “Albion”, “Sanandres”, “Sabrina” və “Clery”. Çiyələk festivalını hər il may ayının son həftəsonu keçirilməsi planlaşdırılır.
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir