• Ca. İyl 25th, 2024

Azərbaycanda yaxşı sərmayə mühiti var.

ByVuqar Ferzeliyev

İyn 24, 2024

Prezident İlham Əliyevin Əbu-Dabidə keçirilən Dayanıqlılıq Həftəsinin 2023-cü il üzrə rəsmi açılış mərasiminə dəvət edilməsi Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Azərbaycana, dövlət başçımıza etimadır. Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev “Euronews”a verdiyi müsahibəsində bildirdi ki, Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir. Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Ölkə başçısı qeyd etdi ki, “Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır. Ölkə rəhbəri vurğuladı ki, Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.Dövlət başçısı söylədi ki, Azərbaycanın böyük tərəfdaşları var. “Masdar” ölkəmizin strateji tərəfdaşıdır. Həmçinin “ACWA Power” və BP sərmayədarlarımız sırasındadır. Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var.Ölkə başçısı bildirdi ki, milli enerji şəbəkəmizi gücləndirməliyik. Sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıyıq. Ötürülmə xətləri ilə bağlı qonşularla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Azərbaycanda iş görmək üçün yaxşı şərait var, çox yaxşı investisiya mühiti var, xarici sərmayələr dövlət tərəfindən lazımınca qorunur. Adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan postsovet məkanında, həmişə olduğu kimi, ön sıralardadır. Bizdə investorlar üçün yaradılmış şəraitdən xarici və yerli iş adamları bəhrələnirlər. Təkcə keçən il ölkə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyulmuşdur. Bunun 54 faizi daxili, 46 faizi isə xarici sərmayələrdir. Bu onu göstərir ki, hətta dünyada hökm sürən iqtisadi və maliyyə böhranı zamanı da xarici investorlar Azərbaycana sərmayə qoyulmasında maraqlıdırlar”.

Sürəyya Zeynalova

Saatlı Tarix-diyarşünaslıq muzeyinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir