• Be. Fev 26th, 2024

Azərbaycanın ayrılmaz füsunkar diyarı

ByVuqar Ferzeliyev

İyn 29, 2022
   Biz yaxşı bilirik ki, 1990-сı illərin əvvəlləri Azərbaycan tarixinin ən ağrılı səhifələri olan birinci Qarabağ müharibəsi bizim üçün çoxlu qurbanlarla, itkilərlə həyatımıza yazılsa da, 2020-ci ilin sonları tariximizə qızıl hərflərlə həkk olunmuş, 44 günlük ikinci Qarabağ müharibəsində tarixi qələbəmizlə, torpaqlarımızın azad olunması ilə başa çatmışdır. 
     Kəlbəcər 1993-cü ilin aprel ayında işğal altına düşmüşdü. O vaxt hakimiyyətdə olan AXC-Müsavat xəyanətkar cütlüyü Kəlbəcəri nəinki müdafiə etmirdi, hətta Kəlbəcəri qurban verməyə hazır idi, bunu da etdi. Ondan əvvəl Laçın və Şuşa işğal altına düşdü və Kəlbəcərin işğal altına düşməsi ermənilərin planlarında idi. AXC-Müsavat hakimiyyəti talançılıqla, soyğunçuluqla məşğul olurdu, orduya, ordu təchizatına fikir vermirdi, bu bölgədə yaşayan insanlara fikir vermirdi, onlara biganə yanaşırdı və Kəlbəcər işğal altına düşdü. 
   Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Kəlbəcərə səfəri zamanı qeyd etdiyi kimi, vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşməni torpağımızdan qovdu, düşməni diz çökdürdü, onu məcbur etdi ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edilmişdir.
   Prezident İlham Əliyev göstərib ki, bizim uğurlarımızı bir çoxlarının gözü götürmür. Siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün müxtəlif iftiralardan və böhtanlardan istifadə etməyə çalışır. İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Bunlar gözlənilən hallardır, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır. Amma bütün çirkin məqsədlərin Azərbaycan xalqı üçün heç bir mənası yoxdur.
  Hazırda bu yerlərdə böyük quruculuq işləri aparılır. Yollar davamlı olaraq çəkilir. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Bu tunel Murov dağının altından çəkilir. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Qarabağ bölgəsində indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir. 
   Tam aydındır ki, görülən tədbirlər iqtisadi müstəqillik faktoru ilə sıx bağlıdır.  Vətənimizin sürətli inkişafı iqtisadi müstəqilliyi təmin edib və Qələbəni yaxınlaşdırıb, iqtisadi müstəqillik müharibəni aparmaq üçün imkan yaradıb. Bu isə o deməkdir ki, biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. 

Hafiz Cavadov, YAP Cəlilabad RT üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir