• Şb. İyn 22nd, 2024

Azad torpaqlarda Türk birliyini əyani şəkildə görürük

ByVuqar Ferzeliyev

İyn 7, 2024

       Prezident İlham Əliyev cari ilin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenariclasının iştirakçılarının qəbulu zamanı çıxışında demişdir ki, bu gün azad edilmiş torpaqlarda Türk birliyini əyani şəkildə görürük Bu xüsusda Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərləri iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində dəyərli addımlardır. Qarabağın tacı sayılan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının zəfərinin zirvəsi oldu.

         Biz öz ata yurdumuza döndük. Biz gəldik o dağlara yetişdik və bizim xəritələrimizə görə, biz öz torpaqlarımıza yerləşdik. Sərhədlər məsələsində Ermənistan bu gün həqiqəti anlamalıdır. Hələlik dörd doğma kənd bizə qaytarılıb. Amma bu, kifayət deyil. Qısa zamanda şərtlərimizi qəbul edib qalan məsələni həll etməlidir ki, hər kəs öz sərhədinin harada olduğunu bilsin.

       Prezident İlham Əliyev qeyd etmişdir ki, bizim ölkəmizdə indi yeni dövr-İkinci Qarabağ müharibəsindən sonra bərpa və yenidənqurma dövrü başlamışdır. Torpaqlarımız böyük dağıntılara məruz qalıb. İndi şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli bu ay qoyulmuşdur.  Hazırda bu sahə ilə bağlı çox ciddi islahatlar aparılır. Türkiyənin təcrübəsi bizim üçün çox önəmlidir. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması önəmli cəhətlərdir. Gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Bu məqsədlə müxtəlif tədbirlər – gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir. Bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilməlidir. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Real həqiqətləri, biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq. Bu mənada möhtərəm Prezidentimizin müddəalarını alqışlayırıq.

        Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir.

Əminağa İsparov,

Cəlilabad rayon üzrə təhsil sektorunun metodisti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir