• Ç. Dek 11th, 2024

Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi hədəfi seçilib

ByVuqar Ferzeliyev

Noy 26, 2024

        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Biz, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC- yə minnətdarlığımı bildirirəm”.

         İnkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim
maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi”.
Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edib. BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcəkdir. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir. Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilir. Bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapıb.              

               Beləliklə, ölkəmiz müqavimətə, təzyiqlərə növbəti dəfə layiqincə tab gətirdi, dözüm nümayiş etdirdi və bu, rəsmi Bakının diplomatik qələbəsi sayılır. Bəzi qüvvələr Azərbaycana qarşı qərəzli mövqe tutmaqla, əslində, bəşəriyyətin maraqlarına və ehtiyaclarına qarşı olduqlarını ortaya qoydular. Sözdə daim insan hüquqlarının təmin olunmasını müdafiə etdiklərini göstərsələr də, bunu sübut edə bilmədilər. Əksinə, onlara sübut olundu ki, kainatın qorunub saxlanması üçün əhəmiyyətli hesab olunan ideyaların reallaşmasına qarşı çıxırlar və bu ideyaları dəstəkləyən onlar yox, məhz Azərbaycandır. Sübut olundu ki, Qlobal Şimal və Qlobal Cənub arasında qarşılıqlı anlaşmanın təmin edilməsinə nail olmaq üçün onlar minimum da olsa səy göstərmirlər, əksinə, haqlı və ədalətli tələblərə inadla, xüsusən də, qəddarcasına müqavimət göstərirlər. Azərbaycan isə həmin müqavimətə, həmin təzyiqlərə belə növbəti dəfə layiqincə tab gətirdi, sinə gərdi, dözüm nümayiş etdirdi, dövlət başçımız öz siyasi iradəsi və qətiyyəti ilə yenə də öz sözünü dedi və bu özü də rəsmi Bakının diplomatik qələbəsi sayılır.

Əfsər Abdullayev,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir