• Ç. Dek 11th, 2024

BAYRAQDARIMIZ -ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN TARİXİ QƏRARI

ByVuqar Ferzeliyev

Noy 14, 2024

9  Noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan xalqının müstəqillik mübarizəsinin, milli kimliyinin və suverenliyinin simvolu olan dövlət bayrağının əhəmiyyətini göstərən gündür. Bu günün xüsusi əhəmiyyəti isə Ulu Öndər Heydər Əliyevin verdiyi tarixi qərarlarla bağlıdır. Onun rəhbərliyi ilə Azərbaycan dövlətinin rəmzi olan üçrəngli bayrağın bərpa olunması, müstəqilliyimizin və milli kimliyimizin qorunması baxımından çox vacib bir addım idi.

Heydər Əliyev Azərbaycanın tarixində yalnız bir siyasi lider olaraq deyil, həm də xalqın milli kimliyinin qorunması və inkişafı istiqamətində mühüm addımlar atmış bir şəxsiyyət olaraq tanınır. Sovetlər Birliyi dövründə, o, milli dəyərlərimizi qorumaq və inkişaf etdirmək üçün çox çalışmışdı. Lakin 1990-cı illərdə, müstəqillik hərəkatı gücləndikcə, Azərbaycan xalqının öz milli simvollarına və ənənələrinə ehtiyacı daha da aydın oldu.Bu dövrün ən vacib məsələlərindən biri isə Azərbaycan üçrəngli bayrağının bərpası idi.

Azərbaycanın dövlət bayrağı üç rəngli formada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmişdi. Mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan bu bayraq, Azərbaycanın türkçülük, müasirlik və islam dəyərlərinin simvolizə edirdi. Lakin Sovetlər Birliyinin tərkibinə daxil olunduqdan sonra, bayraq istifadədən çıxarılmış və bir çox digər milli simvollar kimi təhrif olunmuşdu.Bu  dövrün sonunda, müstəqillik mübarizəsi getdikcə gücləndi və xalq üç rəngli bayrağını yenidən gündəmə gətirdi.

1990-cı  illərin əvvəllərində Sovetlər Birliyinin dağılması ilə müstəqil Azərbaycan dövlətinin formalaşması prosesi başladı.Lakin o dövrdə müstəqil bir dövlətin qurulması hələdə çox çətin və qeyri-müəyyənidi.Bu çətin dövrdə Heydər Əliyevin rəhbərliyi ilə 1991-ci ilin fevralında Naxçıvan Muxtar Respublikasında üç rəngli bayraq rəsmi olaraq qəbul olundu. Heydər Əliyev bu addımı atarkən, yalnız bir bayrağın bərpasının əzərdə tutmurdu, eyni zamanda Azərbaycan xalqının öz müstəqilliyini bərpa etdiyini və öz milli simvollarını yenidən qəbul etdiyini göstərirdi.

Bu qərar, Azərbaycanın dövlətçiliyinin və müstəqilliyinin yenidən bərpası, xalqın öz kimliyini qorumaq və milli dəyərləri yüksəltmək istiqamətində böyük bir addım idi.Həmin dövrdə Heydər Əliyev, Azərbaycan xalqının tarixində və gələcəyində dərin izlər qoyacaq bir lider olaraq, müstəqil dövlət quruculuğunun və milli rəmzlərin əhəmiyyətini dərk edirdi.

Heydər Əliyevin 1991-ci il fevralında verdiyi qərar, üçrəngli bayrağın Azərbaycanda rəsmi dövlət bayrağı olaraq qəbul edilməsinin başlanğıcı oldu. 1991-ci ildən etibarən, Azərbaycan xalqı öz dövlət bayrağını böyük fəxarət və qürur hissi ilə dalğalandırmağa başladı.Bu bayraq yalnız bir rəmz deyil, həm də xalqın öz müstəqilliyini, azadlığını və suverenliyini simvolizə edən bir işarə idi.

2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə 9 Noyabr Dövlət Bayrağı Günü olaraq qəbul edildi.Həmin gündən etibarən, hər il bu bayram Azərbaycanda böyük coşğu ilə qeyd olunur. Bayraq Günü, ölkəmizin hər bir guşəsində, hər bir yurd daşımızın ürəyində bir bayraq sevgisi və vətənpərvərlik ruhu oyadır.

Heydər Əliyevin üçrəngli bayrağımızı bərpa etməsi yalnız bir siyasi qərar deyildi, bu həm də xalqımızın dərin mənəvi ehtiyacına cavab verən bir addım idi.Bayraq, bir xalqın öz kimliyini, tarixini və gələcəyini simvolizə edən ən əhəmiyyətli rəmzlərdən biridir.Azərbaycanın üçrəngli bayrağı, ölkəmizin demokratik inkişafını, hər tərəfli tərəqqisini və beynəlxalq aləmdəki nüfuzunu da təmsil edir.

Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində yalnız böyük bir siyasi lider deyil, həm də milli birliyin və həmrəyliyin təminatçısıdır.Onun üçrəngli bayrağımızı bərpa etməsi, Azərbaycanın müstəqilliyinin təmin olunmasında və milli kimliyimizin qorunmasında əvəzsiz bir addım oldu.Bu bayraq, bizə müstəqilliyimizin əvəz olunmaz dəyərini xatırladır və hər bir Azərbaycan vətəndaşına dövlətçiliyə olan bağlılığını, milli şüurunu artırır.Heydər Əliyevin bu tarixi qərarı, yalnız keçmişin deyil, həm də gələcəyin bayrağıdır və bu bayraq əbədiyyətə qədər ucalacaqdır.

Soltanova Zahidə

Saatlı Dövlət Rəsm Qalereyasının bələdçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir