• Şb. İyn 22nd, 2024

Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb.

ByVuqar Ferzeliyev

May 27, 2024

İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Bu münasibətlər dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və əlaqələrin daha da möhkəmləndirilməsində özünü göstərir. Bununla yanaşı, hər iki ölkəni tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İndiyədək bu ölkələr arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. 23 may 2024-cü il tarixdə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun geniş nümayəndə heyəti ilə birgə ölkəmizə səfəri baş tutdu. Səfər çərçivəsində Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək və geniş formatda görüşləri keçirildi, bir çox sənədlər imzalandı, mətbuata bəyanatlarla çıxışlar edildi. Azərbaycan və Tacikistan arasında ikitərəfli münasibətlərin xarakteriktikasına nəzər yetirsək, burada tarixi, iqtisadi, siyasi və mədəni əlaqələr əsasında inkişaf edən iki dost və qardaş xalqın olduğunu müşahidə edərik. Hər iki ölkə Müstəqil Dövlətlər Birliyi  üzvüdür və ortaq tarixi, mədəni və dini köklərə malikdir. Bu əlaqələr, müstəqillik əldə etdikdən sonra daha da möhkəmlənmiş və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək üçün bir çox müqavilə və anlaşmalar imzalanmışdır. Qısaca, Azərbaycan və Tacikistan arasında siyasi münasibətlər yüksək səviyyədədir. Hər iki ölkə, beynəlxalq təşkilatlar çərçivəsində bir-birilərini dəstəkləyir və regional təhlükəsizlik, terrorizmlə mübarizə və digər qlobal məsələlərdə əməkdaşlıq edirlər. Azərbaycan və Tacikistan liderləri mütəmadi olaraq bir araya gəlir və ikitərəfli münasibətləri müzakirə edirlər. Səfər zamanı mətbuata bəyanatlarla çıxış edən dövlətimizin başçısı Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu  Azərbaycanın böyük dostu adlandırdı. Həqiqətən də Emoməli Rahmon Azərbaycanla uzunmüddətli və dərin dostluq əlaqələrinə malik olan bir dövlət başçısıdır. Onun Azərbaycana rəsmi səfərləri və ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfələr, hər iki ölkənin xalqları arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib. Eyni şəkildə, Azərbaycan Resublikasının Prezidenti İlham Əliyev də Tacikistanla əlaqələrin inkişafına daim xüsusi diqqət göstərmiş, iki qardaş xalqın daha da yaxınlaşması naminə bir çox addım atmışdır. Qarşılıqlı isti münasibətlərin nəticəsi olaraq bu gün Azərbaycan-Tacikistan əlaqələri strateji müttəfiqlik səviyyəsindədir.

Samir Talıbov

Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir