• Şb. İyl 13th, 2024

Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Cəlilov Rayon Ictimaiyyətini Ramazan Bayramı Münasibətilə Təbrik Etdi.

ByVuqar Ferzeliyev

Apr 30, 2022

Əziz cəlilabadlılar!
Sizi Müsəlman aləminin müqəddəs bayramlarından hesab olunan Ramazan bayramı münasibətilə təbrik edir, oruc və namazlarınızın qəbul olunmasını diləyirəm.
Ramazan ayı həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Dövlətimizin başçısının apardığı siyasət nəticəsində ölkəmizdə tolerantlıq ənənələri daha da möhkəmlənir, bir çox məscid və dini ibadət yerləri əsaslı təmir olunur. Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycançılıq naminə, milli-mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyəti hər kəsin gözü önündədir.
Bu müqəddəs bayramın dövlət səviyyəsində qeyd edilməsi ölkəmizdə multikultural və tolerant prinsiplərə necə yüksək qiymət verilməsini nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev qəlbimizdəki milli dəyərlərə sadiq olduğumuzu, bəşəri dəyərləri yaşatdığımızı dəfələrlə bütün dünyaya bəyan etmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı, ədalət bərqərar oldu və bu gün şəhid olan oğullarımızın ruhları şaddır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən valideynlərə bildirmək istəyirəm ki, şəhidlərimiz kimi, onların anaları, ataları, ailələri də hər kəs üçün çox dəyərlidir.
Bu əziz gün münasibətilə hər bir vətəndaşımızı təbrik edir, hər bir ailəyə firavanlıq, xoşbəxtlik, süfrələrə xeyir və bərəkət arzulayıram!

Hörmətlə, Rafiq Cəlilov.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir