• Ca. İyl 25th, 2024

Cop29-un Bakıda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasını göstərir  

ByVuqar Ferzeliyev

İyn 23, 2024

        Prezident İlham Əliyevin iyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərindən yayımlanan müsahibəsi mühüm  mesajlarla yadda qalıb. Dövlət başçımızın vurğuladığı kimi, Dubayda keçirilən 28-ci konfransdan sonra qərar qəbul olunub ki, COP29 Azərbaycanda keçirilsin. Bu Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin apardığı siyasətin qələbəsidir ki, belə mötəbər beynəlxalq platformanı Bakı şəhərində təşkil edirik.

      Hazırda bəşəriyyətin qarşısında duran ən aktual məsələ iqlim dəyişikliyi ilə bağlıdır: “Əsas məsələ ekoloji tarazlığın pozulmasının, atmosferin çirklənməsinin qarşısının alınmasıdır ki, özünə hörmət edən, yaşadığı dünyanın problemlərindən narahat olan hər bir dövlət çalışır ki, öz töhfəsini versin. 1993-cü ildən, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda ekoloji məsələlərə kifayət qədər diqqət ayrılıb.

Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq.

COP29-un Azərbaycanda keçirilməsi həm siyasi, həm iqtisadi, həm mədəni dividentlər gətirəcək. Digər tərəfdən də BMT üzvü olan ölkələrin əksəriyyəti bu proqramda iştirak edir və gələn il xeyli sayda dövlət və hökumət başçılarının, ümumilikdə 80 mindən çox xarici qonağın ölkəmizə səfəri nəzərdə tutulur. Bu da təbii ki, Azərbaycanın daha da çox reklam olunmasına, müsbət tərəfdən daha da tanınmasına, dünyaya açılmasına xidmət edən bir faktordur. Hesab edirəm ki, Azərbaycan xalqı fəxr etməlidir ki, bizim 2020-ci ildə əldə etdiyimiz tarixi qələbədən, ərazi bütövlüyümüzü tam bərpa etdikdən, Xankəndinə bayrağımızı sancdıqdan sonra bu da diplomatik müstəvidə əldə olunan böyük, möhtəşəm bir qələbədir. Mən bunu alqışlayıram və hesab edirəm ki, xalqımız da yekdilliklə belə bir tədbirin Azərbaycanda keçirilməsindən razılığını, məmnunluğunu bildirir.

Prezident İlham Əliyev deyib ki, ölkələr malik olduqları təbii sərvətlərə görə mühakimə olunmamalıdırlar. Ölkələr onlardan necə istifadə etdiklərinə görə mühakimə olunmalıdırlar. COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaqdır.

Varid Əsgərov,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir