• Ca. Apr 25th, 2024

DÖVLƏTİMİZİN İMZASI DÜNYA SƏVİYYƏSİNDƏ TANINIR

ByYenigun.news

May 25, 2021

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nüfuzlu beynəlxalq platformadır və özündə müxtəlif ölkələrin keçmiş dövlət və hökumət başçılarını, dünyanın tanınmış mütəxəssislərini, ictimai və siyasi xadimlərini öz sıralarında birləşdirir: Bu baxımdan, Mərkəzin keçirdiyi tədbirlər öz əhəmiyyəti ilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. “Cənubi Qafqaz:” adlı videoformatda müzakirələr bu mənada xüsusi önəm daşıyır.
Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Hazırda bölgədə yeni əməkdaşlıq formatlarının yaradılmasına müəlliflik edən Azərbaycan istər 30 ilə yaxın dövrdə, istər 44 günlük Vətən müharibəsi, istərsə də postmüharibə dövründə faktlara əsaslanan təbliğatı ilə dünyaya bu reallığı çatdırdı ki, beynəlxalq hüquq normaları mövcuddur, hər bir dövlət bu prinsiplərə əməl etməlidir. Azərbaycan 44 gündə həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyü qazanaraq ermənilərin və onlara havadarlıq edən bəzi aparıcı dövlətlərin və beynəlxalq təşkilatların illərdir yalan üzərində qurulan təbliğatlarını alt-üst etdi. Ekspertlər Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığı və onları peşəkar formada cavablandırmaq bacarığı, yüksək məntiqi, intellekti, diplomatik məharəti, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə tam məlumatlılığını, elmi-politoloji biliyini yüksək qiymətləndirirlər. Belə ki, ölkə Prezidenti dünyanın nüfuzlu mətbu orqanlarına soxsaylı müsahibələrində, həmçinin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında, bir müddət öncə ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı beynəlxalq konfransda sualları cavablandırarkən hərbi əməliyyatların başlama səbəbləri barədə məlumat verərək, Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını faktlar əsasında diqqətə çatdırdı, Azərbaycan Ordusunun uğurları barədə danışaraq ölkəmizin ərazi bütövlüyünün bərpasının prioritetliyini açıqlayaraq Azərbaycanın apardığı mübarizənin haqq mübarizəsi olduğunu bildirdi. Cənab İlham Əliyev hər bir debatda ölkəmizin mövqeyini aydın şəkildə ifadə edir, qəti mövqe ortaya qoyan qalib Lider kimi çıxış edir. ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı beynəlxalq konfransın ardınca Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin «Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri» adlı videoformatda baş tutan müzakirələrdə ünvanlanan suallarda bu ümumiləşdirmə öz əksini tapmışdır ki, Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanıb.

   Azərbaycan müharibənin hərbi fazasını Şuşadakı Qələbəsindən sonra dayandırmaqla strateji baxış nümayiş etdirib. Müharibə zamanı vurğulanan hədəflər illər boyu aparılmış danışıqların əsas mahiyyətini özündə ehtiva etmişdir. Reallıq budur ki, Ermənistan münaqişənin dinc yolla həllini qəbul etmədi və nəticədə müharibədə məğlub oldu. Dövlətimizin başçısı İlham Əliyev qeyd edilən müzakirələrdə bir daha bu məqamı xüsusi qeyd etmişdir ki, Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan çox insan öz evlərindən məcburi şəkildə didərgin salınıb. Lakin barışığın əldə olunması üçün düzgün yanaşmaya ehtiyac var. Ölkə Prezidenti onu da vurğulamışdır ki, münasibətlərin pozulmasına məhz Ermənistanda mövcud olan azərbaycanofobiya, təcavüzkar ideyalar səbəb olub. Ermənistan daim dünya ictimaiyyətini aldatmağa və özünü qurban kimi göstərməyə çalışıb.

Səyyad Bağırov,
Cəlilabad şəhər sakini, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir